Azərbaycan siyasətində nəsil dəyişmə gedirmi - iki rəy


Sabiq Rüstəmxanlı: “Azərbaycanda siyasi liderlər çətin yetişir”; Pənah Hüseyn: “Gənc nəslin siyasi liderlər sırasına gəlməməsinin səbəbi...”

Həyatın tələbinə uyğun olaraq insanlar getdikcə yaşlanırlar. Azərbaycan siyasətində də eyni mənzərə yaşanır. 1988-ci ildən etibarən siyasətə atılan və hazırda bu siyasətin əsasını təşkil edən liderlərin ömürlərinin üzərinə 30 il əlavə olunub və onlar artıq yaşlı nəsil sayılırlar.

Ənənəvi siyasətçiləri yenilərin əvəz etməsi prosesi ölkəmizdə ləng getsə də, müəyyən zamanlarda bu hallar yaşanır. Hazırda da nəsil dəyişmə prosesinin getdiyini söyləmək mümkündür. Gənc siyasətçilərin yaşlı nəsil nümayəndələrinin son 30 ildə bu günə qədər ki fəaliyyətlərini bundan sonra necə davam etdirəcəkləri, gələcək baxımından onlara ümidlərin olub-olmadığı suallar doğurur.

Bu suallarla bağlı meydan hərəkatının “şineli”ndən çıxmış siyasətçilərin mövqelərini öyrəndik.

Sabir RüstÉmxanlı ile ilgili görsel sonucu

VHP sədri, milli azadlıq hərəkatının öncül isimlərindən olan, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın indiki siyasi mənzərəsi o qədər də ürəkaçan deyil: “Bundan sonra proseslərin necə keçəcəyinə baxanda təəssüflənməmək mümkün deyil. 30 il öncəki normal xəritəmizə və ondan sonrakı xəritəmizə baxanda üzülməmək mümkün deyil. Düzdür, müstəqillik qazanmışıq, amma torpaqlarımızın bir hissəsini itirmişik. Belə olan halda ümidlə, nikbinliklə danışmaq çox çətindir. Bunun məsuliyyətinin bir hissəsi də siyasətçilərin üzərindədir - həm yaşlı, həm də gənc nəslin. Nəsillərin dəyişməsi təbii prosesdir. Bunu süni yolla həyata keçirmək mümkün deyil. Gənclər gəlir, yaşlı nəsil yavaş-yavaş sıradan çıxır. Gənclərin necə gəldiyini, hər şeyin ürəyimizcə olduğunu demək bir qədər çətindir. Azərbaycanda siyasi liderlər çətin yetişir. İndiki vəziyyətdə siyasətlə məşğul olmaq olduqca çətindir. Mənim nəzərimdə 1988-ci ildən ortada olan nəsil daha aydın, konkret görünür, xarakter sezilir. Sonrakı gənclər üçün şəraiti biz yaratmalıydıq, onlara yol açmaq, onları yetişdirmək, onlara yardım etmək imkanlarımız təəssüf ki, olmadı. Əslində siyasi mühit də onların yetişməsinə mane olub. Ortada meydandan gələn siyasətçiləri onlara müqayisə etdikdə aydın gördüyüm siyasətçilər azdır.  Olanlar da özlərini hələ tam şəkildə təsdiq edə bilməyiblər”.

PÉnah Hüseyn ile ilgili görsel sonucu

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn siyasətdə azad rəqabətin, yarışın olmasının vacibliyindən danışdı:“Azərbaycanda azad rəqabət olmadığı üçün siyasi rəqabətdə də azad şərait yoxdur. Bunun  üçün ən azından normal seçkilər lazımdır. Bunlar olmadığı üçün təbii seçim prosesi getmir. 80-cı illərin sonu və 90-cı illərin əvvəlləri inqilablar dövrü idi. O dövrdə əksəriyyəti gənc olanlar siyasi meydana atılmışdılar. Zaman-zaman müxtəlif xalqların tarixində belə dönəmlər olur. Yeni siyasətçilərin, o cümlədən gənc nəslin siyasi proseslərə, siyasi liderlər sırasına gəlməməsinin səbəbi azad olmayan rəqabətdir. Gənclik çalışmalıdır ki, hakimiyyət dəyişsin. Belə olan halda onların önə çıxması, ictimai rəydə yer tutması imkanları yaranar. Amma istənilən halda təbii proseslər baş verir. Bu iqtidara da aiddir. Bilirsiniz ki, orada da bu problem var. Bu bütövlükdə Azərbaycan cəmiyyəti üçün bir problemdir. Həll olunmalı məsələlərdən biridir”.


Tarix: 25-12-2018, 08:49
Xəbəri paylaş





Xəbər lenti