Müxalifət birləşir, yoxsa ayrılır? - Qarşılıqlı ittihamlar güclənir



 
İqbal Ağazadə: "Əli Kərimli, Arif Hacılı gəlib mənə yalvarmalıdırlar” 

Dünən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında "Müxalifətin zirvə görüşü”  kimi təqdim edilən "Azərbaycanda mövcud ictimai – siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda Dəyirmi Masa keçirilib. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüskarı olduğu tədbirdə Bütöv Azərbaycan Ocaqları Birliyinin rəhbəri Bəxtiyar Tuncay, Ümid Partiyasının sədri İqbal Ağazadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, milli azadlıq hərəkatının fəallarından olmuş Nəsir Ağayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Nemət Pənahlı, AĞ Partiyanın sədri Tural Abbaslı, ALDP sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və digərləri çıxış ediblər.  Ancaq Müsavat, AXCP, Vətəndaş Həmrəyliyi Partiyası və digər siyasi qüvvələrin qatılmadığı tədbirə münasibət birmənalı deyil. 

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa HacıbəyliBakuPost-a açıqlamasında deyib ki, İsgəndər Həmidov və bir neçə nəfər istisna ilə, o tədbirə ümumiyyətlə, müxalifət qatılmayıb. Bu tədbiri müxalifətin tədbiri kimi qəbul edilə bilməz. 
 
ÐаÑÑинки по запÑоÑÑ Mustafa HacıbÉyli
M. Hacıbəyli sosial şəbəkədəki səhifəsində də mövqeyini açıq ifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, ilkin siyahı açıqlanarkən  dəvət edilən 36 nəfərdən yalnız 12-i  tədbirə qatılıb: "Tədbirdə iştirak edənlərin arasında Azərbaycana xəyanət etmiş Rəhim Qazıyev, mənsub olduğu milli-azadlıq hərəkatına, sonra isə mənsub olduğu Əliyev hakimiyyətinə xəyanət etmiş Nemət Pənahlı kimi, kimisi mənsub olduğu partiyaya xəyanət etməklə ad çıxarmış şəxslər də var.  Həmin tədbirdə Müsavat, AXCP, NİDA, REAL,  VHP, ALP kimi partiyalar iştirak etməyib. Ona görə də bu tədbiri müxalifətin tədbiri, zirvə görüşü kimi qəbul etmək olmaz”. 
 

AXCP üzvləri, bu partiyanın təəssübkeşləri də tədbirə mənfi münasibətlərini ortaya qoyublar. Məsələn, aktiv sosial şəbəkə istifadəçisi olan Bəxtiyar İmanov yazıb ki, "Müxalifәtin zirvәsi" toplantısı oldu vә buna qulaq asdıq: "Dedik, bәlkә, bunlar xalqa bu rejimdәn qurtulmaq üçün yol göstәrәrlәr. Amma әli hakimiyyәtin cibindә olanlar sona qәdәr AXCP sәdri Әli Kәrimlini hәdәf seçdilәr. Bәzilәri dә ad çәkmәdәn donquldanırdılar. Bu partiyasında söhbәt etmәyә adam tapmayanlardan soruşmaq istәyirәm ki, siz Әli Kәrimlini maneә görürsünüzsә vә bu maneәni aşa bilmirsinizsә, onda bu hakimiyyәtә necә qalib gәlәcәksiniz? Madam ki, toplanmısız, o zaman bu rejimdәn qurtuluşu müzakirә edin dә. Hәlә düşünәnlar var idi ki, Әli Kәrimli gәlib hakimiyyәtin ruporları ilә bir masada әylәşәcәk. Allah xalqımızı bunlardan qorusun!”.
 

Ümid Partiyasının sədri İqbal Ağazadə BakuPost-a açıqlamasında bildirib ki, bu tədbir müxalifətin zirvə görüşü idi və tədbirə qatılanlar da bunu bu şəkildə qəbul ediblər: "Bu tədbir necə müxalifətin tədbiri olmaya bilər? Bu tədbirdə iştirak edən insnaların hansı hakimiyyət komandasındadır, hakimiyyətin siyasətini dəstəkləyir? Necə demək olar ki, bunlar müxalifət deyil? Son zamanlar qəribə bir tendensiya üzə çıxır. Adamlar israrla müxalifət olmaq uğrunda döyüşürlər. Bütün fəaliyyətləri, yazıları buna həsr olunub ki, onlar müxalifət deyil, tək müxalifət bizik. Çox güman ki, adamları maraqları bu yerdə təmin olunur, o yerdə istədiklərini ala bilirlər və istədiklərini aldıqları üçün də o yeri kiməsə vermək istəmirlər. Yoxsa müxalifətçilik elə bir böyük vəzifə, səlahiyyət sahibi olmaq demək deyil. İnsanlar mənim mövqeyimə qiymət verir, mövqeyimə, sözümə görə də mənə qarşı fikir formalaşdırır. Yoxsa qışqırmalıyam ki, müxalifət mənəm? Bunun üçün qışqırmağa ehtiyac yoxdur. Deməli, "müxalifətçi mənəm” deyən insanların orada faydası var, kiminləsə bölüşmək istəmirlər”.
 
ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение
Bu tədbirin müxalifəti birləşdirdiyi, yoxsa ayırdığına gəlincə, İ. Ağazadə deyib ki, hər bir məsələnin başlanğıcı var: "Bu, ilk addımlardan biridir. Sabah necə olacaq? Bu, siyasi partiyaların, ictimai-siyasi mövqeyi olan insnaların prosesə yanaşmasından asılıdır. Amma qəbul edək ki, 1998-ci ildən bu yana çox böyük tərkibdə insanların yığışdığı ilk tədbir idi. 1998-ci ildə SİDSUH dönəmində belə bir tədbir olmuşdu. Heç 2003-cü ilin özündə belə 23 siyasi partiyanın birləşdiyi, bir masa arxasında əyləşərək problem həll etdiyi hal olmayıb. Bunlar da gerçəkliklərdir. Kim gəlir, gəlmir, bunlar məsələnin başqa tərəfidir. Mənim Əli Kərimli, İsa Qəmbər dərdim də yoxdur. Mənim dərdim Azərbaycan dərdi, Azərbaycanın problemlərinin həllidir. Bir gün bir tədbirdə bir böyrümdə Əli Kərimli, bir böyrümdə də Arif Hacılının oturduğunu görsəm, təəccüblənmərəm. Onlar da bir partiyanın rəhbərləridirlər. Yox, hesab edirlər ki, çox böyük partiyanın rəhbərlərdir, o böyüklüyü də mən görə bilmirəm. Adamlar 1988-ci ildə yaranan partiyanı – Xalq Cəbhəsini bölüb bir ovuc ediblər. Siyasi lider böyüklüyünü hamını ətrafında birləşdirməklə sübut edir. O cümlədən Müsavat Partiyasında neçə dəfə bölünmə olub? Ona baxsınlar. Elə bilirlər ki, heç kim bunları görmür. Hakimiyyətə gəlmək istəyən hamını ətrafına toplamalı, ətrafı olan varsa, orada oturmalıdır ki, demokratikləşqmə daha sürətli olsun. Çünki demokratikləşmədə hakimiyyətə gəlmək daha rahatdır. Adamlar hakimiyyətə gəlmək istəsə, daha çox insanın yanında olmağa, yaxud daha çox insanı yanında saxlamağa çalışır . Adamlar daha az insanın yanında olursa, deməli, hakimiyyətə gəlmək niyyətləri yoxdur. O adamlar hakimiyyətə gəlmək istəyirlərsə, mənim yanıma gəlib yalvarmalıdırlar ki, gəlin bizimlə bir sırada dayanın, prosesi genişləndirək. Deməli, hakimiyyətə gəlmək istəmirlər və ona görə də iqtidar bu adamları həmişə ayaqda saxlayır”.
 
Çingiz


Tarix: 26-12-2018, 16:26
Xəbəri paylaş





Xəbər lenti