Qondarma “respublika”dan Ramil Səfərovla bağlı qorxu dolu BƏYANAT...

 “Bu gedişlə Azərbaycan onu Qarabağa qubernator təyin edəcək”                 Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Qondarma  “respublika”nın “prezidenti”nin mətbuat katibi Davit Babayan Azərbaycanın ünvanına nöbəti ittihamla çıxış edib. Çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlaamsını dəyərləndirən Babayan, Azərbaycanı qeyri-konstruktivlikdə ittiham edib, habelə rəsmi Bakının münaqişəni yoluna qoymağa hazır olmadığını bildirib. Babayan bildirib ki, E.Məmmədyarov güzəşt kimi Dağlıq Qarabağda yaşayan hər kəsin güvənliyinin təmin edilləcəyini bildirsə də, onlar indi də özlərini güvəndə hiss edirlər.
Babayan istehza ilə bildirib ki, bu gedişlə Azərbaycan Ramil Səfərovu da Qarabağın qubernatoru təyin edəcək:
“Azərbaycanın təklif etdiyi ssenairdə növbəti addım Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsidir. O zaman fiziki təhlükəsizliyimizi təmin etmək baxımından heç bir çatışmazlığımız qalmaz”.
  
P.S.Göründüyü kimi, Azərbaycan hərbçisinin ümumi qəhrəmanlıq obrazını əks etdirən Ramil Səfərovun adı bu gün də düşmənlər arasında böyük qorxu və həyəcanla çəkilməkdədir. Və əslində Babayanın Ramil Səfərovla bağlı lağca səsləndirdiyi bu təklifə - Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsi təklifinə zamanı gəlincə yenidən baxmaq mümkündür.  Ramil Səfərov sərgilədiyi cəsarət və qəhrəmanlıqla sübut etdi ki, o, hər cür etimada, hətta  Qarabağa qubernator təyin edilməyə belə layiqdir. Axı niyə də yox?
 
Seymur ƏLİYEV
Tarix: 27-12-2018, 08:33
Xəbəri paylaş





Xəbər lenti