Avropa İttifaqı ilə sazişə Avropa Parlamentinin şərtləri mane olur?


Tərəfdaşlıq sazişi bu il də imzalanmadı

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq saziş bu  il də imzalanmadı. Belə şərhlər da var ki, sazişin imzalanmasının yubanmasında Avropa Parlamentinin bu ilin may ayında  Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı verdiyi şərt formasında tövsiyələrin təsiri var. Şərtlər içərisində demokratiya və insan haqları, siyasi məhbuslar məsələsi də var idi və bildirilirdi ki, Azərbaycan bu şərtlərə əməl etməsə, saziş imzalanmamalıdır, imzalansa belə Avropa Parlamenti ratifkasiya etməyəcəyi xəbərdarlığını etmişdi.

Politoloq MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması üzrə danışıqlar 2016-cı ildən başlayıb. Ötən illər ərzində tərəflər danışıqlar aparmasına baxmayaraq prinsipial məsələlərdə razılıq əldə olunmayıb və  sazişin bağlanması yubadılır. Yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırkı müzakirə edilən saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini  (sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür: “Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib. Rəsmi Bakının irəli sürdüyü tərəfdaşlıq şərtlərində bir neçə maddələrə yer verilməyib. Bunu da Avropa İttifaqı qəbul etmir. Buna baxmayaraq, tərəflər razılaşmaya, ortaq mövqeyə gəlməyə çox yaxındırlar.

Bu il payıza kimi sazişin bağlanılması gözlənilirdi. Amma növbəti dəfə danışıqlar 2019-cu ilə saxlanıldı. Rəsmi səviyyədə may ayına kimi sazişin bağlanacağı qeyd edilir. Qeyd edim ki, bu çərçivə sazişinin bağlanması Avropa üçün də çətindi. Çünki Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan bir ölkə ilə saziş bağlayır.

Hazırda Azərbaycan Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsində ikitərəfli sazişin bağlanılmasında maraqlıdır. Təkliflərini də bu istiqamətdə verib. Amma Avropa İttifaqı siyasi, hüquqi və demokratik prinsipləri özündə ehtiva edən sazişdə maraqlıdır. Razılaşdırılmayan məqanmlardan biri də budur. Bundan əlavə, yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Azərbaycan bu sahə də Avropa standartlarını tətbiq etməlidir.

Sazişin imzalanmasının yubadılması Avropa İttifaqının irəli sürdüyü qeyd olunan bir neçə müddəanın rəsmi Bakını razı salmamasıdır. Avropa Parlamentinin məlum tövsiyələrində də demokratiya, insan haqları kimi məsələlər əksini tapırdı“.

Ä°lgili resim

Politoloq vurğuladı ki, sazişin imzalanmasına Avropa Parlamentinin mane olduğu fikri yanlışdır. Saziş imzalanmasa da Azərbaycan Avropa İttifaqının enerji diversifikasiyasında əhəmiyyətli ölkədir: “Enerji və təhlükəsizlik tərəfdaşıdır. Həmçinin ölkəmizin  ən böyük ticari tərəfdaşı Avropa İttifaqıdır. Bir məsələni qeyd edim ki, Azərbaycan Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri Avropanın enerji aslılığının azalmasına hesablanıb. Bu onu göstərir ki, İttifaqla Azərbaycan arasında bir neçə sahə üzrə sıx əməkdaşlıq var. Hesab edirəm ki, tərəflər maksimum iradə nümayiş etdirib gələn il hərtərəfli çərçivə sazişini imazalayacaqlar. Azərbaycan üçün bu saziş dəyişən beynəlxalq şərtlər müstəvisində xüsusi  önəm daşıyır. Rəsmi Bakı Avropa İttifaqının irəli sürdüyü təkliflərlə sazişi bağlasa, bu, ölkəmiz və xalqımız üçün müstəsna hadisə olacaq”.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iki həftə öncə bildirib ki, Avropa İttifaqı Azərbaycanla yeni sazişin mətnini gələn ilin “Şərq Tərəfdaşlığı proqramı”nın 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür: “Belə demək olar ki, sənədin mətnini “Şərq Tərəfdaşlığı”nın 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə deyib ki, Azərbaycan, Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi mart ayınadək imzalana bilər. Nazir müavini bildirib ki, sazişin hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.

Bu ilin mayında isə Avropa Parlamentinin deputatları Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı tövsiyələr verib. Tövsiyələrdə deputatlar Avropa İttifaqını Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa çağırıblar.

Etibar SEYİDAĞA

Tarix: 28-12-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti