Paşinyandan ETİRAF, Qarabağda toqquşmaların TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq.
Suriya üzrə Astana formatının zamin ölkələrinin növbəti sammiti 2019-cu ilin əvvəlində Rusiyada keçiriləcək.Suriyanın Silahlı Qüvvələrinin Münbiç şəhərinə girməsi barədə informasiya yayıldı. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında qərarı dərc edib.

Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq və ola bilər ki, Gümrüdəki 102-ci Rusiya bazasının çıxarılmasının təşəbbüskarları yaxın vaxtlarda aksiya keçirəcəklər. Bu haqda Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan deyib.
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri haqqında danışıb.
Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib. Bu haqda sabiq prezidentin dəftərxanasından bildiriblər.
Rusiya lideri Koçaryanı bayramlar münasibətilə təbrik edərək, ona sağlamlıq və möhkəmlik arzulayıb.
Xatırladaq ki, Robert Koçaryan hazırda həbsxanadadır. O, konstitusiya quruluşunu dəyirşdirmək cəhdində ittiham olunur.
Putin dünən isə Moskvada Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla görüşüb. Koçaryanın bu görüşdən dərhal sonra təbrik edilməsi isə görüşün Paşinyanın istədiyi kimi keçmədiyi qənaəti yaradır.
ABŞ prezidenti Donald Tramın Suriyadan çəkilmə qərarından sonra istefa verən Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Brett Makqerkin boşluğunu “Yaxın Şərqin muzdlu qatili” adlandırılan Məhəmməd Dahlan dolduracaq. Dahlan PKK terror təşkilatı və Suriya lideri Bəşər Əsədin nümayəndələri ilə Dubay, Qahirə və Amman şəhərlərində gizli görüşlər keçirib.
Suriya üzrə Astana formatının zamin ölkələrinin növbəti sammiti 2019-cu ilin əvvəlində Rusiyada keçiriləcək. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Mixail Boqdanov jurnalistlərə bildirib.
“İndi zamin ölkələrin, yəni Türkiyə, İran və Rusiyanın prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin növbəti sammitini qəbul etmək bizim növbəmizdir. Sammit təxminən ilin birinci həftəsində keçirilməlidir. Bu, prezidentlərin iş qrafikindən asılıdır”, - Boqdanov deyib.
Xatırladaq ki, dekabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirmişdi.
Suriyanın Silahlı Qüvvələri onları Türkiyədən qorumaq barədə PKK terror təşkilatının xahişinə cavab olaraq Münbiç şəhərinə girib. Bu haqda Baş qərargahın bəyanatına istinadən “Röyters” agentliyi bildirib.
Hərbçilər Türkiyə sərhədinin 25 kilometrliyində yerləşən Münbiçin üzərində Suriya bayrağını qaldırıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Silahlı Qüvvələrinin PKK terror təşkilatının əlində olan Münbiç şəhərinə girməsi xəbərini şərh edib.Ərdoğan Suriyanın Münbiçlə bağlı psixoloji bir hərəkət planının olduğunu deyib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Suriyada planlaşdırdığı əməliyyat barədə açıqlama verib.
“Türkiyənin həyata keçirəcəyi əməliyyata Suriyanın ərazi bütövlüyünün yenidən bərpa olunması baxımından yanaşırıq”, - Lavrov bildirib.
ABŞ gərək Yaxın Şərqi tərk etsin. Bunu İranın Ali dini liderinin hərbi məsələlər üzrə baş köməkçisi Yəhya Rəhim Səfəvi deyib.
“ABŞ Qərbi Asiyada hərbi kampaniya başlayaraq, səhvə yol verdi. ABŞ gərək Qərbi Asiyanı tərk etsin. Bu region bizə məxsusdur”, – deyə o bildirib.
O, həmçinin İran, Çin, Rusiya və Hindistanı Şərqdə meydana gələn yeni dünya gücləri adlandırıb. Səfəvi müasir İran-islam mədəniyyətinin Amerika liberalizminə qarşı olduğunu deyib.
ABŞ prezidenti Donald Trampın Suriyanın yenidən abadlaşdırılması üçün lazım olan vəsaiti Səudiyyə Ərəbistanının ödəyəcəyi açıqlamasına qarşı tərəfdən cavab gəlib. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin rəsmisi ölkəsinin belə bir söz vermədiyini açıqlayıb.
Mövzu ilə bağlı Amerikanın CNBC kanalına danışan səfirlik rəsmisi ölkəsinin avqust ayından bəri bu mövzuda hər hansı razılaşmaya getmədiyini deyib.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında qərarı dərc edib. İqtisadi sanksiyaların yarım il müddətinə uzadılması haqqında qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib. Qeyd edilir ki, qərar 31 iyul 2019-cu il tarixinə kimi qüvvədə qalacaq.
Rusiyalı politoloq, Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov 2019-cu ildə Rusiya üçün əsas riskləri açıqlayıb. Remizov gələn il Rusiyanın sərhədləri yaxınlığında Qərblə qarşıdurma aparacağını proqnozlaşdırır.
Onun fikrincə, Rusiya üçün başlıca risk Qərblə aparılan iqtisadi müharibə olacaq.
Ömər Dağlı
Tarix: 28-12-2018, 21:59
Xəbəri paylaş





Xəbər lenti