Rusiyadan ŞOK TƏLƏB, 2019-cu ildə DAĞLIQ QARABAĞDA... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

 

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. Nikol Paşinyanın Rusiyaya son səfəri və prezident Vladimir Putinlə görüşü işğalçı ölkənin yeni hakimiyyəti üçün növbəti fiasko ilə nəticələndi. Türkiyə Fəratın şərqində həyata keçirməyə hazırlaşdığı əməliyyat üzrə hazırlığı gücləndirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək və Vladimir Putinlə görüşmək niyyətindədir. ABŞ Rusiya sərhədlərində strateji silahlar yerləşdirir. ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında qərarı dərc edib. İsrail Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib.

Azərbaycan, Dağlıq Qarabağ

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması 2019-cu ildə də diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq. Bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilmişdir.



2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".

O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.

Əgər Ermənistan təcrid olunmuş bir ölkə kimi yaşamaq istəmirsə, problemləri aradan qaldırmalıyıq. Bizim həssaslığımız bəllidir, Azərbaycanı qəbul edəcəyi hər bir həll yolunu biz də dəstəkləyərik. Bunu ötən gün ölkənin Xarici İşlər Nazirliyinin başçısı ilin yekunları və ölkənin xarici siyasəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.



Ermənistan

Dekabrın 25-də İrəvanda Rusiya səfirliyinin önündə aksiya keçirilib. Aksiya Ermənistandakı Rusiya ordusunun əleyhinə təşkil edilib.

Etirazçılar “Rusiya hərbiçilərinin davranışı Ermənistan vətəndaşlarının təhlükəsizliyini hədələyir” deyə bildiriblər. Onlar Rusiya ordusunun çıxarılmasını tələb ediblər.

Ermənistanda yeni formalaşan hökumətin başçısı Nikol Paşinyan 27 dekabrda Moskvaya səfər edəcək. Bu səfər fonunda bir sıra məqam diqqət çəkir: Rusiya prezidenti Vladimir Putin parlament seçkilərindən sonra qələbə münasibətilə Nikol Paşinyanı təbrik eməyib; KTMT-də Belarusun namizədi Stanislav Zas Ermənistan istisna olmaqla digər bütün üzv dövlətlər tərəfindən dəstəklənir. Ekspertlər Paşinyanın Moskva səfərindən ciddi müzakirələrin aparılacağını hesab edirlər.



Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə Paşinyan Rusiya ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya məsələsinə də müsbət baxdıqlarını bildirib.

Paşinyan Putini 2019-cu ildə ölkəsinə səfərə dəvət edib.

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri haqqında danışıb.



Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın Rusiyaya son səfəri və prezidenti Vladimir Putinlə görüşü işğalçı ölkənin yeni hakimiyyəti üçün növbəti fiasko ilə nəticələndi. Paşinyanın Rusiyaya səfəri uğursuz, nəticəsiz və utancverici qiymətləndirilir. Əslində Rusiya Prezidenti Vladimir Putin onu təbrik belə etmədi. Lakin Paşinyan Moskvada olduğu vaxtda Putinin həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryana təbrik göndərməsi Rusiyanın və bu ölkənin dövlət başçısının Ermənistana, Ermənistan hakimiyyətinə və şəxsən Paşinyana münasibətinin açıq göstəricisi idi.

Paşinyanın Rusiya səfərinin uğursuz olduğunu göstərmək üçün aşağıdakılara diqqət yetirmək olar.



Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq və ola bilər ki, Gümrüdəki 102-ci Rusiya bazasının çıxarılmasının təşəbbüskarları yaxın vaxtlarda aksiya keçirəcəklər. Bu haqda Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan deyib.



Türkiyə, İran, Yaxın Şərq

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan bəhs edən tvit atıb. Tramp Ərdoğanı və Türkiyəni tərfiləyib.

“Türkiyə prezidenti Suriyada qalan İŞİD ünsürlərinin kökünü qazıyacağı mövzusunda məni detallı şəkildə bilgiləndirdi. O, daha çox şey edəcək bir adamdır. Türkiyə doğru qonşudur. Birliklərimiz isə evə qayıdır”, - ABŞ prezidenti tvitində qeyd edib.

Qeyd edək ki, sözügedən iki lider arasında telefon danışığı olub.

ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək qərarından sonra Fəratın şərqində məskunlaşan terrorçulara qarşı planlaşdırılan hərbi hərəkatı gözləmə mövqeyinə gətirən Türkiyə Münbiç üçün hərəkətə keçib. 8 mindən çox “Mehmetçik” və Azad Suriya Ordusunun (ASO) əsgəri PKK terror təşkilarının işğalı altında olan bölgəyə göndərilib. Birliklər sərhəddən sıfır nöqtədə mövqelərini bərkidib.



Suriyanın İdlib vilayətində Türkiyə qoşunlarının olması Dəməşqlə uyğunlaşdırılıb. Bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Soçidə sentyabrın 17-də imzalanan İdlib üzrə Türkiyə-Rusiya razılaşması Astana prosesi çərçivəsində daha əvvəl qəbul edilmiş qərarların sayəsində mümkün oldu. Beləliklə, Suriyanın bu hissəsində türk hərbçilərinin olması Suriya hökumətiylə uyğunlaşdırılıb. Bunu həmçinin Astana formatının üçüncü zamin ölkəsi İran da dəstəklədi”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlarının nəticəsinə görə iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzaladılar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılma barədə razılaşdılar.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Münbiç şəhərini terror qüvvələrindən təmizləmək üçün planlaşdırdığı hərbi hərəkatın hazırlıqları tam sürətlə davam edir. Hərəkatın ön cəbhəsində ASO-nun Həmzə Tüməni (birliyi) olacaq.



Suriyanın Silahlı Qüvvələri onları Türkiyədən qorumaq barədə PKK terror təşkilatının xahişinə cavab olaraq Münbiç şəhərinə girməsi barədə xəbər yayıldı.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Silahlı Qüvvələrinin PKK terror təşkilatının əlində olan Münbiç şəhərinə girməsi xəbərini şərh edib. Ərdoğan Suriyanın Münbiçlə bağlı psixoloji bir hərəkət planının olduğunu deyib.



ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqon əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı fərmanı imzalayıb. Bu barədə CNN televiziyası informasiya yayıb.

Xəbərdə bildirilib ki, fərman ABŞ əsgərlərinin Suriyadan nə zaman və necə çıxacağını ehtiva edir. Bu proses gələcək həftələrdə başlayıb bir neçə həftə çəkəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əsgərləri Suriyadan çıxarmaq qərarından sonra müdafiə naziri Ceyms Mettis vəzifəsindən istefa verəcəyini demişdi. Onun gələn ilin yanvar ayından postundan gedəcəyi bildirilir.

Suriya peşmərgələri ilə ABŞ-ın himayəsində olan YPG qruplaşması arasında gedən danışıqlar nəticəsiz qalıb. Bu sözləri Suriya Kürd Milli Şurasının (ENKS) xarici əlaqələr üzrə rəsmisi İbrahim Bro deyib.

"Danışıqlar zamanı peşmərgənin yenidən Suriyaya qayıtması və başqa məsələlər müzakirə olunsa da, heç bir razılaşma əldə edilmədi. Suriyanın vəziyyəti getdikcə pisləşir. Əgər Türkiyə və ABŞ arasında razılıq olmasa, peşmərgənin Suriyaya qayıtması çox çətin olacaq", - İbrahim Bro bildirib.

ABŞ prezidenti Donald Tramın Suriyadan çəkilmə qərarından sonra istefa verən Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Brett Makqerkin boşluğunu “Yaxın Şərqin muzdlu qatili” adlandırılan Məhəmməd Dahlan dolduracaq. Dahlan PKK terror təşkilatı və Suriya lideri Bəşər Əsədin nümayəndələri ilə Dubay, Qahirə və Amman şəhərlərində gizli görüşlər keçirib.



İsrail dekabrın 25-də Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib. Məlumata görə, İsrail bu raketlərin yerləşdiyi anbarları öz şəhərlərinə zərbə endirməsi təhdidiylə əlaqədar məhv edib.

“Əl Ərəbiyyə” televiziyası isə İsrailin Dəməşqdə zərbə endirdiyi üç anbarın hamısının İrana məxsus olduğu haqqında məlumat yayıb.

Qeyd edək ki, bundan öncə İsrail qırıcılarının Livan ərazisindən Suriyaya girərək, Dəməşqdə bormbardman həyata keçirdiyi haqda məlumat və video yayılmışdı.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Moskvada maliyyə və siyasi dəstək axtarır. Bu haqda Moskvadakı mənbəyə istinad edərək “Blomberg” agentliyi yazıb.

Agentlik bildirir ki, Vladimir Putinə ünvanlanan məktubu Seyf əl-İslamın nümayəndəsi dekabrın əvvəlində Rusiyanın Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanova çatdırıb. Məktubda Liviyada vəziyyət üzrə Qəddafinin oğlunun fikirləri izah olunur və Moskvadan onun siyasi ambisiyalarını dəstəkləməyi xahiş edilir.

Mixail Boqdanov isə bildirib ki, Qəddafinin oğlu Liviyada siyasi prosesin bir hissəsi olmalıdır.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Amerika hakimiyyəti Rusiyadan ABŞ-ın maraqları üçün alət olaraq istifadə etməyə çalışır, ancaq onlar buna nail olmağı bacarmayacaq. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlarda Çinlə qarşıdurmanı öz xeyrinə tamamlamaq üçün Rusiyadan istifadə etmək fürsətini müzakirə edirlər.

“Biz ölkələr tanıyırıq ki, amerikalıları belə rola məcbur etməyi bacardı. Amma, əlbəttə, bu, bizimlə alınmayacaq. Hazırda Amerika hakimiyyəti Rusiyaya obyekt kimi baxır və belə yanaşma qaldığı müddətdə iki ölkə arasında münasibətlər dəyişməyəcək”, - Lavrov əlavə edib.

Düşünürəm ki, dünyada hamı yaxşı anlayır: iki aparıcı nüvə dövləti – Rusiya və ABŞ-ın iştirakıyla silahlı konflikt bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Bunu Rusiya və ABŞ, Rusiya və NATO arasında birbaşa silahlı konflikt ehtimalını qiymətləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Nüvə müharibəsində qaliblər ola bilməz. Bu, heç vaxt baş verməməlidir”, - Lavrov deyib.

Onun sözlərinə görə, geosiyasi ambisiyalara qapanan Vaşinqton və onun müttəfiqləri onların xeyirinə dəyişməyən qlobal reallıqlara uyğunlaşmağa hazır deyillər.

ABŞ Rusiya sərhədlərində strateji silahlar yerləşdirir. Bu haqda Rusiyanın Hərbi-Dəniz Donanmasının baş komandanı admiral Vladimir Korolyov bildirib.

O qeyd edib ki, son zamanlar ABŞ və NATO ölkələri Rusiya sərhədlərində operativ və döyüş hazırlığı üzrə tədbirlərin sayını artırıb. Bundan başqa, Korolyov bildirib ki, Rusiya ərazisinə yaxın akvatoriyalarda Amerikanın hava hücumundan müdafiə üzrə dəniz sistemləri, yüksək dəqiqlik silahların strateji qeyri-nüvə sistemləri və hərbi infrastrukt obyektlərinin genişləndirilməsi müşahidə edilir.

Rusiya ABŞ-la hərbi büdcələrin yarışına qarışmayacaq. Bu haqda TASS agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun indiki maliyyələşməsi istənilən təhlükənin qarşısını almağa imkan verəcək.

“Amerikalılar öz hərbi büdcəsini artıranda, çoxları bizdən simmetrik gediş gözləyirdilər. Rusiya hakimiyyəti iqtisadiyyatı və sənayeni hərbiləşdirməyə hazırlaşmır. Amma Silahlı Qüvvələri planlı inkişaf etdiririk, ordunu, donanmanı və müdafiə-sənaye kompleksini təchiz edirik”, - Bondaryev deyib.

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır. Bu haqda vəziyyətlə tanış mənbə CNN telekanalına bildirib.



Rusiya ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə müdaxilə edərək Donald Trampın prezident olmasını təmin edib. Bu sözləri MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo deyib.

Rusiyanın bunu məhz Trampın seçilməsi naminə deyil, öz mənafeyinə ən uyğun namizədin Tramp olduğunu düşündüyünə görə etdiyini bildirən kəşfiyyatın eks-rəhbəri Moskvanın onminlərlə “virtual şəxs”dən istifadə edərək, elektron sistemə müdaxilə etdiyini bildirib.

“Görülən işlər nəticəsində Trampın seçilməsinin Rusiyanın beynəlxalq hədəflərinə çatmaq yolunda ən ideal variant olduğuna qərar verildi və elektron sistemə müdaxilə edəcək proqramlaşdırmanın yaradılması üçün işlər aparıldı”, - Pardo qeyd edib.

ABŞ dünya jandarmı olaraq qala bilməz. Bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Məsuliyyətin tamamilə üzərimizdə olması ədalətli deyil. Biz dünyanın hər yerinə səpələnmişik. Hətta insanların əksəriyyətinin adını eşitmədiyi ölkələrdə də varıq. Həqiqətən gülməlidir”, - deyə Ağ Ev rəhbəri bildirib.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında qərarı dərc edib. İqtisadi sanksiyaların yarım il müddətinə uzadılması haqqında qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib. Qeyd edilir ki, qərar 31 iyul 2019-cu il tarixinə kimi qüvvədə qalacaq.

Rusiyalı politoloq, Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov 2019-cu ildə Rusiya üçün əsas riskləri açıqlayıb. Remizov gələn il Rusiyanın sərhədləri yaxınlığında Qərblə qarşıdurma aparacağını proqnozlaşdırır.

Onun fikrincə, Rusiya üçün başlıca risk Qərblə aparılan iqtisadi müharibə olacaq.



Ukrayna

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən “Vaqner” xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib. Qurumun saytında verilən məlumata görə, “Vaqner” muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.



Koreya böhranı

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın silahsızlandırılması ilə bağlı məsələdə inkişaf meyillərinin olduğunu bəyan edib. Bu barədə o, Tvitter səhifəsində yazıb.

“Şimali Koreya ilə bağlı çalışan komandamın Milad ərəfəsi iclası baş tutdu. İrəliləyiş var. Kim Çen İnlə növbəti görüşümü gözləyirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.

Ömər Dağlı

Tarix: 29-12-2018, 22:08
Xəbəri paylaş





Xəbər lenti