Eldar Əzizov 4 departamenti ləğv etdi, 65 nəfər iş yerini itirdi
Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu - Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi, İqtisadiyyat Komiəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv edilib. Bununla bağlı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov əmr imzalayıb. Bununla bağlı istiqlal.az-a meriyadakı mənbələrdən məlumat daxil olub.

E.Əzizovun bu sərəncamı meriyada təəccüblə qarşılanıb. Çünki qurumların ləğv ilə bağlı sərəncam işçilərə təqdim edilməyib. İşçilər bundan xəbərsiz olub və işə gələrkən onlara bildirilib ki, binaya daxil ola bilməzlər, çünki işlədikləri departament ləğv edilib. Bu işçilərdə şok yaradıb. Ləğv edilən departamentlərdə 65 işçi çalışıb - deyə mənbə vurğulayıb.

Qanunvericiliyə görə, bu halda Əmək Məcəlləsinin 70 b maddəsi ilə (ştatların ixtisarı), əgər departament ayrıca müəssədirsə 70 a (müəssisənin ləğvi) ilə işçilərin əmək müqaviləsinə xitam verilməlidir. Mümükün halda onlar başqa yerlərdə yerləşdirlməlidir. Bu zaman staj, təcrübə və simtiyazalar nəzərə alınmalıdır. Xitam qaçılmazdırsa onda həmin müəssisədə işləmə müddətindən asılı olaraq kompensasiya almalıdırlar.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.


Mənbənin bildirdiyinə görə, Əmək Məcəlləsinin bu müddəaları kobud şəkildə pozulub və 65 əməkdaş faktiki olaraq kobud şəkildə, heç bir xəbərladıq olmadan binaya buraxılmayıb. Bu kobud qanun pozuntusuna görə, prezidentə şikayət məktubu hazırlanır. İxtisara düşən 65 əməkdaşın əksəriyyəti təcrübəli dövlət məmurlarıdır.