"Batka" Belarusun Rusiyaya birləşməsini istəyir - birdəfəlik və bütöv halda...


1994-cü ildən Belarusun prezidenti olan Aleksandr Lukaşenko rəhbərlik etdiyi ölkənin Ukraynanın taleyini bölüşməsini istəmir. Ona görə də o, Belarusun Rusiyaya birləşməsinin tərəfdarı kimi çıxış edir.

İki slavyan ölkəsinin vahid dövlətdə birləşməsinin 2024-cü ildə olacağı gözlənilir. O da aydındır ki, Aleksandr Lukaşenko ömrünün sonuna qədər Belarusun indiki ərazisinin rəhbəri olaraq qalacaq...

Aleksandr Lukaşenko deyir ki, hazırda dünyada tamamilə müstəqil olan dövlət yoxdur. Ancaq Belarusun Rusiyaya birləşməsi ilə bağlı müxtəlif təkliflər var. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təklif edirdi ki, Belarus hissə-hissə Rusiyaya birləşsin. Prezident Lukaşenko üçün bu variant məqbul deyil. O, ölkəsinin birdəfəyə və bütövlükdə Rusiyaya birləşməsinin tərəfdarıdır. 

Prezident bildirib ki, Rusiya və Belarus xalqını bu məsələyə hazırlamaq lazımdır. Beynəlxalq ictimaiyyəti də məlumatlandırmağa ehtiyac var. Ekspertlər hesab edir ki, cənab Lukaşenko Belarusun neft və qaz baxımından Rusiyadan asılı olduğunu yaxşı bilir. Bu amil Belarus xalqı arasında Rusiya ilə birləşməyə müsbət impuls verir.

Yazının orijinalını biradan oxuya bilərsiniz

Elbəyi Həsənli

Tarix: 30-12-2018, 23:38
Xəbəri paylaş





Xəbər lenti