Bakının daha 2 rayonunun başçısı dəyişdiriləcək... - Gözlənti


Bakının daha 2 rayonunun başçısı dəyişdiriləcək...
 İcra başçılarının ələmə prosesi bu il də davam edəcək. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbənin iddialarına görə, keçən ilki dəyişikliklərin son nöqtəsi kimi diqqətə gələn Xəzər RİH başçısının görəvdən alınması prosesinin davamı olaraq paytaxtın daha 2 rayonunun başçısının da əvəzlənməsi gözlənilir.

Mənbənin dia.az-a söylədikləri: "Dəyişikliklər yanvar ayında da baş tuta bilər. Konkret olaraq Bakının Sabunçu və Pirallahı rayon icra başçılarının dəyişdirilməsi gözlənilir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Tarix: 3-01-2019, 10:42
Xəbəri paylaş





Xəbər lenti