Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib. ABŞ “Patriot” raket hücumundan müdafiə sistemlərinin satışı üçün Türkiyəyə təklif göndərib. ABŞ Prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılması ilə bağlı açıqlama verib. Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 11 nəfərin mühakiməsinə başlayıb. Vaşinqton casusluqda şübhəli bilinərək Moskvada saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını tələb edəcək.
Azərbaycan Ordusu Qarabağa gedən bütün əsas yolları nəzarətdə saxlayır. Bu barədə keçmiş erməni kəşfiyyatçı, hərbi ekspert Vova Vartanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində uğurlu əməliyyatlar həyata keçirərək, buna nail oldu: “Ermənistan ordusu son dövrlər hərbi istiqamətdə heç bir uğur əldə edə bilməyib. Silahlanma lazımi səviyyədə deyil, ötən il Su-30CM təyyarələrinin alınacağı haqqınbda xəbərlər yayılsa da, reallıqda heç nə yoxdur. Mən əvvəldən xəbərdarlıq etmişdim ki, Azərbaycan Qarabağa gedən yolları nəzarət altına alacaq. Mənə dedilər ki, təşviş yaratma. Amma nəticədə bu baş verdi və Azərbaycan uğurlu əməliyyatlarla bizi İranla bağlayan, Qarabağ üçün əsas nəfəslik rolunu oynayan dövlətlərarası yolu nəzarətə götürdülər. Lakin bu, son deyil”.
V. Vartanov bildirib ki, Azərbaycanın hədəfi Qarabağı xarici dünyadan tamamilə təcrid etməkdir.
“Buna nail olmaq üçün Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik rayonu olacaq”, - deyə o bildirib.
Yeni İl ərəfəsində Ermənistanın prezidenti Armen Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhədə baş çəkib. Bu səfərlər Azərbaycan Ordusunun ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyatları fonunda diqqət çəkir. Ermənistanda bu əməliyyat gizlədilir. Lakin müxalifət qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə götürdüyünü etiraf edirlər.Erməni şərhçi Hakop Badalyan İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə atılacaq əsas addımların işarəsi olduğunu yazıb.