Azərbaycandan Ermənistanı SİLKƏLƏYƏN GEDİŞ: Dağlarda yerləşən düşmən postları... - ŞƏRH


Azərbaycandan Ermənistanı SİLKƏLƏYƏN GEDİŞ: Dağlarda yerləşən düşmən postları... - ŞƏRH

“Belarusdan “İsgəndər” raketlərinə uyğun olan “Polonez” havadan müdafiə sistemini tədarük etdik. Ermənistan bildirirdi ki, onlar “İsgəndər”lə Bakını, Mingəçeviri vuracaqlar. Lakin biz “Polonez”ləri Naxçıvana yerləşdirməklə İrəvana açıq-aşkar meydan oxuduq”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi ekspert Azad İsazadə səsləndirib.

Politoloq Azərbaycan ordusunun 2018-ci ildə əldə etdiyi nailiyyətləri konkret faktlar əsasında xatırladıb:

“Ötən il biz yeni, daha müasir silahlar əldə etdik. Ermənistan bizi “İsgəndər” raketləri ilə hədələyirdi. Bunun qarşılığında biz Belarusdan “İsgəndər” raketlərinə uyğun olan “Polonez” havadan müdafiə sistemini tədarük etdik. Ermənistan bildirirdi ki, onlar “İsgəndər”lə Bakını, Mingəçeviri vuracaqlar. Lakin biz “Polonez”ləri Naxçıvana yerləşdirməklə İrəvana açıq-aşkar meydan oxuduq. Onları cavab atəşi ilə susdurduq. Bu baxımdan, müdafiə sistemimiz daha da gücləndi. 2018-ci il uğurlarından biri də Naxçıvan istiqamətində mövqelərin möhkəmləndirilməsi oldu. Bu bölgədə dağlarda yerləşən erməni postlarının geri qaytarılması və dövlət sərhəddinə çıxıb dayanmaq da Azərbaycan Ordusunun mövqeyini bərkitdi. Bu, böyük üstünlükdür.

Bundan başqa, Qazax və Ağstafa istiqamətindəki sərhədlərin Milli Ordudan alınıb Sərhəd Qoşunlarının oraya yerləşdirməklə ordunun bir hissəsi passivlikdən azad olundu. Və biz həmin ordunun xidmətindən, lazım gəlsə, aktiv şəkildə Dağlıq Qarabağda istifadə edə bilərik. Təki lazım olmasın, problem danışıq yolu ilə həll olunsun. Ancaq əks halda, Azərbaycan ordusu kifayət qədər zərbə vuracaq gücə malik olduğunu sübut etməyə hazırdır”.

Zümrüd

Tarix: 4-01-2019, 09:52
Xəbəri paylaş





Xəbər lenti