26 partiya birləşir - İsgəndər Həmidov vaxtı açıqladı

26 partiya birləşir - İsgəndər Həmidov vaxtı açıqladı


“Yanvarın 5-də saat 12-də ADP sədri Sərdar Cəlaloğlunun kabinetində müxalifətin zirvə toplantısında yaradılmış İşçi Qrupunun iclası keçiriləcək. 

İşçi Qrupu bir neçə məsələni müzakirə edəcək. Birinci məsələ hərəkatın adı, ikinci məsələ bəyanatların hazırlanması, üçüncü məsələ hərəkatın rəsmi elan olunma tarixi-təsis konfransının təyini, dördüncü məsələ yeni müraciət edən üç partiyanın təmsilçilərini İşçi Qrupuna daxil etməkdir”. Bunu musavat.com-a açıqlamasında sabiq daxili işlər naziri  İsgəndər Həmidov bildirib.

Onun sözlərinə görə, hərəkatın adı ilə bağlı müxtəlif təkliflər var: 

“Məsələn, Azərbaycan Naminə Hərəkat adlandırılması təklifi var. Başqa bir variantda isə Azərbaycan və Qarabağ naminə Hərəkat adlandırılmasıdır. Başqa bir təklifdə Demokratiya Uğrunda Hərəkat nəzərdə tutulur. Hər bir halda hərəkat olması heç bir şübhə doğurmur. Hərəkatın adı yanvarın 5-də elan olunacaq. Şəxsi təklifim nəzərə alınsa, hərəkatın təsis konfransı yanvarın 26-da olacaq”.

İ.Həmidovun sözlərinə görə, İşçi Qrupunda hazırda 23 partiya var. Sosial Ədalət Partiyası, Azad Azərbaycan Partiyası və Millətçi Hərəkat Partiyası da müraciət edib. Yəqin onlar da qəbul ediləcək və 26 partiya olacaq. Sənədləri hazırlamaq üçün isə başqa bir qrup yaradılacaq. Müsavat Partiyası və "Yurd" yeni yaradılacaq hərəkatda təmsil olunub-olunmayacağına gəlincə, İ.Həmidov deyib ki, onlarla bu barədə hazırda danışıq aparılmır. 

Cebhe.info


Tarix: 4-01-2019, 14:22
Xəbəri paylaş





Xəbər lenti