"Rusiya bütün imkanlara əl ataraq çalışır ki, Qarabağdakı ermənilərin sayı azalmasın...”


Amma hara baxsan, Rusiyanın niyyətləri qapalı həlqəyə düşür...”
“Qarabağda rəsmi statistikaya görə, 24 min 824  erməni var, reallıqda isə 12 mindən artıq deyillər. 12 min  adama hansı statusdan söhbət gedə bilər?..”
“Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunu şərtləndirən əsas məsələ oradakı yerli erməni əhalidir.  Nə qədər ki, Qarabağda kompakt yaşayan  ermənilər var və nə qədər ki, onlar olmayan “hüquq” və “status”larını tələb edəcəklər,  Rusiya sülhməramlılarının orada qalması şərtdir. Guya beynəlxalq hüquq və diplomatiya baxımından...”

Bu fikirləri Moderator.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu səsləndirib.
 
“Ona görə Rusiya bütün imkanlara əl ataraq, bütün diplomatik kazuistikadan yararlanaraq çalışır ki, Qarabağdakı ermənilərin sayı azalmasın. Yəni belə olsun. Ancaq bu, belə olan deyil. Çünki Qarabağdakı ermənilərin sayı azalacaq.  Və bu, qaçınılmaz bir prosesdir. Proses ondan ibarətdir ki, orada  iqtisadi şərtlər, sosial çərtlər, yaşam şərtləri və digər məsələlərin hamısı ermənilərin Qarabağdan köçünü şərtləndirir.  Və Qarabağdan  köç artdıqca da Rusiya sülhməramlıları oranı tərk etməyə məcbur olacaqlar. Yəni bizim bu prosesə təkan verməyimiz, bizim bu prosesə müdaxilə etməyimiz gərəkdir, ancaq buna o qədər böyük zərurət yoxdur. Düşünün ki, çox kobud bir bənzətmə, analogiya aparsaq; bir aşsüzəndir,  oraya nə qədər su töksəniz də, su qalmayacaq, axacaq. Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri  nə dəqər Ermənistandan Qarabağa köçü təşviq etsələr də, nə qədər buna milyonlarla rubl ayırsalar da, bu işin perspektivi yoxdur”- açıqlamasının ardında bu fikirləri söyləyən Elçin Alıoğlu ermənilərin Qarabağda sayının artırılması cəhdlərinin perspektivinin olmamasını əyani misalla da izah edib.
“Məsələn, sırağagün Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan Rusiyaya yazılı müraciət edərək Qarabağdakı köçkün ermənilər üçün 1000 modul ev istəyib. Tutaq ki, həmin modul evlər gəldi. Lap deyək, ermənilərin hərəsinə ikimərtəbəli villa tikildi və orada yaşadılar. Həmin ermənilər harada işləyəcək? İşləsələr belə, aldıqları maaşı harada və necə xərcləyəcəklər? Xərcləməyə yerləri olsa belə, nə alacaqlar? Almağa nələri olsa belə, onları harada emal və istehsal edəcəklər? Yəni suallar həddindən artıq çoxdur. Və qarabağlı  ermənilər hətta bu günlərdə belə məsələ qaldırıblar ki, Rusiya sülhməramlılarının əli ilə Qarabağda yeni SES tiksinlər. Çünki orada olan SES-lərin 97 faizi artıq ermənilərin əlində deyil... Bir sözlə, ermənilərin Azərbaycan torpağında yaşadığı yer gettoya dönüb. Orada rəsmi statistikaya görə, 24 min 824 erməni var, reallıqda isə 12 mindən artıq deyillər. 12 min adama hansı statusdan söhbət gedə bilər? Yəni hara baxsan, Rusiyanın niyyətləri qapalı həlqəyə düşür. Status vermək məqsədi olsa belə, 12 min erməniyə dünyanın heç bir yerində status verilmir. İkincisi, status ona görə verilməyəcək ki, Azərbaycanda “Qarabağ ermənisi” adlı etnos yoxdur. Talışlar,  ləzgilər, udinlər var, tatlar, yəhudilər, dağ yəhudiləri, avarlar var və s. Bunlar hamısı xalqdır. Amma  “qarabağlı erməni” adlı xalq dünyada, etnoqrafiya elmində də yoxdur.  Yəni Rusiyanın bütün bu cəhdləri yalnız Velikorusiya şovinizminin təbliğatına, təşviqatına, eyni zamanda təsbitlənməsinə can atan qüvvələrin maraqlarına xidmət edir. Məlumdur ki, Rusiya da iki əsas təməl ideya var: “böyük Rusiya”  və “biz qələbə qazanmış millətik”. 1945-ci ildəki qələbə ilə hələ də fəxr edən  bir millətin  gələcəyə doğru yönəlmiş sabit, səbatlı, praqmatik diplomatiyasını mən görmürəm” - deyə araşdırmaçı vurğulayıb.
Sultan Laçın
Tarix: 10-08-2021, 08:25
Xəbəri paylaş





Xəbər lenti