“Qarabağ ətrafında hadisələrin gərginləşməsi qaçılmazdır” - Aslan İsmayılov



“Keçmiş səfir İsfəndiyar Vahabzadənin Jirinovski, digəriləri, xüsusilə rus xalqı haqqında səsləndirdiyi fikirlərin Rusiya mətbuatında gündəmə gətirilməsi və müzakirəyə çevrilmə cəhdlərinin Rusiya tərəfindən Azərbaycana qarşı hazırlanan geniş təxribatın tərkib hissəsi olduğuna şübhəm yoxdur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov bildirib ki, Jirinovskinin dəfələrlə Azərbaycan xalqı, Prezident İlham Əliyev haqqında təhqiredici ifadələrin səsləndirməsinə kar olan Solovyovun indi bülbül kimi ötməsi gələcək problemlərdən xəbər verir: “Ona görə də hamımız təmkinli olmalı, səsləndirilən fikirlərdə, xüsusilə rus xalqı haqqında ifadələrdə çox ehtiyatlı davranmalı, Rusiya hakimiyyətində Azərbaycana düşmən kəsilən qüvvələrə əlavə fürsət verməməliyik. Qarabağ ətrafında hadisələrin gərginləşməsi qaçılmazdır. Azərbaycan xalqı olaraq hər ssenariyə hazır olmalıyıq”.
Tarix: 11-08-2021, 21:59
Xəbəri paylaş





Xəbər lenti