Bakı İran nəqliyyatının Qarabağa səfərlərindən narazılığını bildirib


Avqustun 11-də İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və İranın nəqliyyat vasitələrinin Qarabağa yükdaşımaları ilə bağlı nota təqdim edilib.
Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfirin diqqəti İran İslam Respublikasına məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Qarabağa qanunsuz keçməsi faktlarına yönəldilib.
“Bununla əlaqədar bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq  yenidən səfirin diqqətinə çatdırılıb. Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub”, – məlumatda deyilir.
Contact.az
Tarix: 12-08-2021, 08:08
Xəbəri paylaş





Xəbər lenti