Dünya böhranla çalxalanır, lakin bu hələ başlanğıcdır...

Yer kürəsi

İyulun 24-də “Qlobal Böhran. Artıq bu hər kəsə toxunur” Beynəlxalq onlayn-konfrans keçirildi və bu konfransı bütün dünyadan milyonlarla insan seyr edib.

Konfrans sinxron formada 72 dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. Konfransda iştirak edən natiqlər, alimlər bəşəriyyətin qlobal böhranlar mərhələsinə qədəm qoyması, lakin bunun hələ başlanğıc olması barədə elmi sübutlar təqdim ediblər. Yaxın gələcəkdə həyatın bütün sahələrində baş verəcək köklü dəyişikliklər, iqlim fəlakətlərinin proqnozunu veriblər. Bəs dünya bu barədə nə dərəcədə məlumatlıdır?
Bizimyol.info-nun müsahibi ALLATRA hərəkatın üzvü, onlayn konfransın təşkilatçılarından biri olan Aydın Qədimovdur.
Aydın Qədimov Aydın Qədimov
- Aydın müəllim, istərdim öncə ALLATRA barədə danışaq.Hansı zərurətdən yaranmışdır bu hərəkat?
- ALLATRA Beynəlxalq ictimai hərəkatı dünyanın müxtəlif ölkələrindən, müxtəlif millətlərə və dinlərə məxsus olan ictimai fəal, təşəbbüskar, nəcib, vicdanlı insanların səyləri ilə yaradılıb. Hərəkatın mahiyyəti adından bəlli olur. “Beynəlxalq”, yəni bu hərəkat milli, ümumbəşəridir, “ictimai” o deməkdir ki, bütün cəmiyyətin xeyrinədir və kiminsə şəxsi mənafelərinə xidmət etmir, Hərəkatın məqsədi isə - Yaradıcı Cəmiyyət qurmaqdır. Yəni əslində biz dünyanın hər yerindən olan insanlarıq və biz elə insanlıqıq! Allatra kəlməsinin mənası Allahın sevgisi, Tanrının sevgisi, Yaradanın məhəbbəti kimi məna verir. ALLATRA Hərəkatının yaradılmasının zəruriliyi, bəşəriyyətin özünün sağ qalması məsələsi ilə bağlıdır. Çünki biz dünyada gedən proseslərə ayıq şəkildə baxırıq və görürük ki, dünya ictimaiyyətinin bütün sektorlarında dərin böhran mövcuddur, mənəvi, sosial, iqtisadi və siyasi böhran cəmiyyətdə mövcud olan istehlakçı münasibətlər formatının nəticəsidir. Ən dəhşətlisi də bütün bunların üstünə Yer üzündə iqlim vəziyyəti ilə əlaqəli böhranın da əlavə olunmasıdır. Əgər bu gün aktiv fəaliyyətə keçməsək, birlikdə bütün bunlar insanlığın məhv olmasına gətirib çıxarar. Hamımız bunun fərqindəyik və buna görə də fəal şəkildə çalışırıq. Əslində Hərəkatımız bugünkü dünyanın qaranlığında bir mayakdır ki, dünyanın hər yerindən bütün nəcib və biganə olmayan insanlar onda birləşir. Bir çox insanlarda dünyada nələr baş verdiyini gördüyündə, dünyanın sözün əsl mənasında başını itirdiyini görəndə “nə etməli” deyə sual yaranır? Deməli, Hərəkatımız bu suala cavabdır. Biz hər kəsin rifahı naminə çalışan insanların birliyiyik.
- Bəs bu hərəkat xilas yolu olaraq bu günə qədər hansı addımları atıb?
- Hərəkatın iştirakçıları, asudə vaxtlarında çoxlu sosial layihələr həyata keçirən və dünyanın hər yerindən olan könüllülərdir. Bütün layihələr ortaq məqsəddə birləşir - bu, Yer üzündəki bütün insanlara nə baş verdiyini, niyə baş verdiyini və bu vəziyyətdə nə etmək lazım olduğunu doğru şəkildə çatdırmaqdır. Hesab edirik ki, həqiqəti insanlara qaytarmağın vaxtı yetişib. Buna görə də, müxtəlif layihələr: tarix, elm, arxeologiya, dinşünaslıq vasitəsilə insanlara həqiqəti, bəzən istiqaməti dəyişməsək, hamımızı nə gözlədiyi ilə bağlı acı həqiqəti çatdırırıq. Ən vacibi də, istehlakçılığı yaradıcılığa necə dəyişmək barədə həqiqəti çatdırırq.
- Onlayn konfrans gözləniləndən artıq səs gətirdi, maraqla qarşılandı.Təşkilində rolunuz oldumu?
- Hələ 2014 -cü ildə ALLATRA Hərəkatının alimləri bir hesabat hazırladılar: "Yer kürəsindəki qlobal iqlim dəyişikliyi problemləri və nəticələri haqqında. Bu problemlərin effektiv həll yolları". Bu hesabatda elmdən uzaq insanlar üçün belə, çox sadə və başa düşülən bir şəkildə, qlobal iqlim dəyişikliyi barədə və cəmiyyətin formatını dəyişdirməsək, hamımızı nə gözlədiyi ilə bağlı şok həqiqət söylənildi. Hər şey elə aydınlaşdırılmışdır ki, hər bir insan mahiyyəti və vəziyyəti yaxşılaşdırmaq üçün şəxsən nə edə biləcəyini anlaya bilsin. Axı bu hamıya toxunur. Məgər hamımız eyni planetdə yaşamırıqmı? Və eyni planetin sakinləriyiksə, problemlərinin hər bir insanı, sözün əsl mənasında hər kəsi narahat etməsi məntiqli deyilmi və deməli, bu problemləri birlikdə həll etməliyik. Gələcəkdə bu istiqamətdə işlərimizi davam etdirdik və işin nəticələri bu gün göz qabağındadır, istəyi olan hər kəs rəsmi mənbələrimizdə bütün bu məlumatlar ilə tanış ola bilər. Hansısa dövlətlərin və ya başçıların bütün problemlərimizi həll edəcəyinə güvənməyə davam etsək, heç bir yerə də gəlməyəcəyik, çünki yaxınlaşan problemlərin miqyası qlobal xarakter daşıyır. Bütün bunlar o qədər qlobal və ciddidir ki, bütün bunları yalnız bütün bəşəriyyətlə birlikdə həll edə bilərik. Qarışqa yuvası və ya arı pətəyi kimi tək bir orqanizmə birləşərək edə bilərik. Əks təqdirdə, heyvan sürüsü kimi, hər kəs özü üçün davranmağa davam etsə, bu, hamının ölümünə səbəb olacaq. Yer üzündə iqlim vəziyyətinin ciddiliyi ilə əlaqədar, qarşıdan gələn “04.12.2021 Qlobal Böhran. Həqiqət zamanıdır” konfransında Həqiqəti bir daha insanlara çatdıracağıq, hamınızı qoşulmağa dəvət edirik.
- Xilas yolu yaradıcı cəmiyyət olmaqdır deyirsiniz. Buna bir qədər aydınlıq gətirin...
- Xilas olmağın yeganə yolu Yaradıcı Cəmiyyət qurmaqdır. Bu siyasət deyil, siyasi bir quruluş forması deyil, din və fəlsəfə deyil. Hazırkı mövcud istehlakçı formatı çərçivəsində Qlobal iqlim dəyişikliyi dövründə bəşəriyyət olaraq bizim sağ qalmaq şansımız sıfıra bərabərdir. Çünki biz parçalanmışıq və “hərə özü üçün” prinsipi rəhbərdir. Hazırda mövcud, amma tətbiq oluna bilməyən texnologiyalar Yaradıcı cəmiyyət formatında bütün insanların rifahı üçün istifadə olunacaq. Pulsuz enerji almağa, tez bir zamanda lazımi qidalar yetişdirməyə, insanların sağlamlığının qeydinə qala və s. mümkündür. Biz baş verən və qarşıdan gələn böyükmiqyaslı təbii fəlakətlərin qarşısını ala bilməsək də, baş verəcək fəsadları minimallaşdıra bilərik. Birlikdə hər bir insanın həyatının qayğısına qala, təhlükəsiz şərait təmin edə bilərik. Çətin dönəmlərdə insanları tez bir zamanda təhlükəli ərazilərdən daha təhlükəsiz ərazilərə köçürmək və yaşayışı üçün bütün infrastrukturu qura bilərik. Yaradıcı cəmiyyətin minimum hədəfi sağ qalmağımız, maksimum isə yeni təkamül sıçrayışı edərək mənəvi azad insanların İdeal cəmiyyətini qurmaqdır.
- Sizi dünyada sevgi və barışı təlqin edən dini təriqətlərlə səhv salmırlar? Dinə, yoxsa elmə əsaslıanırsınız?
- Bizim biliklərimiz elmə əsaslanır. Yalnız konfranslarımızda nə qədər elm adamının iştirak etdiyini görmək kifayətdir, həmçinin bütün digər layihələrimizdə dünyanın hər yerindən olan mütərəqqi alimlərin fəal iştirakını da qeyd etmək olar. Yəni dediklərimizin hamısı elmə əsaslanır və dəfələrlə sınaqdan keçirilib, ciddi şəkildə öyrənilib və sübut olunub. Hərəkatımıza dünyanın hər yerindən insanlar daxildir. Yer üzündəki bütün ölkələrdə Hərəkatın iştirakçıları var. Təbii ki, Azərbaycanda da bizi tanıyırlar. Azərbaycanda Hərəkatın çoxlu iştirakçıları yaşayır. Üstəlik, Azərbaycandan kənarda yaşayan bir çox azərbaycanlılar da Hərəkatla tanışdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev və Azərbaycan respublikasının əməkdar artisti Ədalət Şükürov əvvəlki konfranslarımızda çıxış emişdilər. Müsahibəniz sayəsində daha da çox insanlar məlumatlı olacaqlar, bunun üçün sizə səmimi minnətdarlığımızı bildirmək istəyirik!
Tarix: 25-08-2021, 18:31
Xəbəri paylaş





Xəbər lenti