"İmkan verməliyik ki, güc toplasın, qüvvətlənsin və ayağa durub millətimizdən intiqam alsın?"



Yıxılana balta çalmazlar?!
 
Sovet dövründən Avropada yaşayıram və həmişə çıxışlarımda, yazılarımda və statuslarımda demişəm ki, dünyada ən güclü erməni lobbisi Azərbaycandadır. Və erməni lobbisi Azərbaycanda Rusiya vasitəsilə fəaliyyət göstərir.
 
Deyilənlərə və yazılanlara inansaq bu lobbinin başında dayanan Ramiz Mehdiyevdir.
 
Vəzifəsindən uzaqlaşdırıldiqdan sonra mətbuat müntəzəm olaraq onun (Ramiz Mehdiyev) əməllərindən yazır, törətdiyi cinayətləri qeyd edir, illərlə qurduğu biznes imperiyası göstərilir. Bəzi ələkçiyə qıl verən jurnalistlər ağız büzərək yazı müəlliflərini qınayırlar ki,  bəs yıxılana balta çalmazlar...
 
Axı bu nə deyimdir?
 
Düşmənimiz yıxılıbsa onu əfv etməliyik? Yıxılarkən bizim dostumuz olur? Bəlkə düşmən yıxılıbsa onu gül-çiçəklə, zurna-balabanla qaldırağın...
 
Vətən xainidirsə, xalq düşmənidirsə, milli maraqlarımızı düşmən ölkəyə satıbsa, baltanı öndən də, arxadan da, yandan da vurmaq lazımdır, lap baltanı beləsinin kürəyinə çapmaq lazımdır!!!
 
İndi Tanrının bir qədəridir, təsadüfdür, hər nədir, düşmən ayağı büdrəyib yıxılıb, niyə onun axırına çıxmamalıyıq???
 
İmkan verməliyik ki, güc toplasın, qüvvətlənsin və ayağa durub millətimizdən intiqam alsın???
 
"Yıxılana balta çalmazlar" sözünü bizim atalar əsla deməyib!!!
 
Bizim atalar düşmən üzərinə balta-yava ilə gedəndə, düşmənlərimiz qorxularından bu deyimi uydurub millətimizin mərhəmətinə sığınıblar.
 
Bizim də evimizi yıxan elə bu mərhəmətimiz, tarixi yaddaşımızın zəif, bağışlamaq istəyimiz, düşmənimizə yazığı gəlmək olmadımı?! Elə məhz buna görədir ki, hakimiyyətimizdə daim yadlar özlərinə yuva qurublar... Ona görə həmişə ayıq olmalısan!!!
 
Vətənimizin dövlətçiliyimizin düşmənlərinin və düşmən ölkələrin beşinci kalon nökərlərinin kürəyinə baltanı acımadan çaplayacaqsan!!!
 
Əks təqdirdə düşmən baltası kürəyimizə saplanacaq...
 
Elman Mustafazadə
Tarix: 26-08-2021, 08:36
Xəbəri paylaş





Xəbər lenti