Əfqanıstan Baydeni bitirir...

Əfqanıstan Baydeni bitirir...
Kabil hava limanındakı terrorda 12 Amerika əsgəri ölüb, 15-i yaralanıb. 
 
Təxliyyə fiaskosundan sonra bu hadisə Baydenə və demokratların mövqelərinə növbəti ağır zərbədir. 79 yaşına girmiş prezidentin idarəçilik qabiliyyətinə dair ciddi şübhələr yaranıb. Respublikaçılar impiçment tələb edir. 
 
Baydenin düşdüyü durum demokratları qorxudur. Gələn il Konqresə ara seçkilər keçiriləcək. Gedişat onu göstərir ki, respublikaçılar böyük ehtimalla palatalardan azı birini (Senatı) yenidən nəzarətə götürəcək.  
 
Maraqlıdır ki, demokratlar ən çox Baydenin xarici siyasət təcrübəsi ilə öyünürdülər, uğursuzluqlar da məhz bu sahədə gəldi. İndi o boyda dövlət Talibana möhtac qalıb ki, təxliyyə əməliyyatının təhlükəsizliyi daha etibarlı təmin olunsun. 
 
Başqa bir önəmli detal isə İŞİD-in Əfqanıstanda bu dərəcədə operasyonel gücə sahib olmasıdır. Əgər bugünkü terrorun təşkilində Talibanın rolu yoxdursa, yəni İŞİD bunu tamamən öz gücü ilə həyata keçiribsə, bu, o deməkdir ki, Əfqanıstanın yaxın gələcəkdə suriyalaşma potensialı var.
 
Şahin Cəfərli, Politoloq

Tarix: 27-08-2021, 00:44
Xəbəri paylaş





Xəbər lenti