Əli Əliyev: “Nazirlər partiyalara külli miqdarda vəsait ayırırdılar”



“Nazirlər partiyalara külli miqdarda vəsait ayırırdılar (1990-cı ilin sonlarını 2000-ci ilin əvvələrini nəzərdə tutur-red). O vaxt ortada 3 partiya vardı, maliyyələşirdilər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
 
Ə.Əliyev həmin partiyaların adlarını da açıqlayıb: “Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Müsavat Partiyasına və Azərbaycan Milli İstiqlal Partiyasına müxtəlif formalarda yardımlar edilirdi. Sonralar isə bu praktika aradan qaldırıldı, onların fəaliyyəti məhdudlaşdırıldı”.
 
Partiya sədri onu “cib müxalifəti” adlandırılanlara da cavab verib: “Azərbaycanda elə bir şəxs yoxdur ki, hökumətdən bir qəpik aldığımı sübut etsin. Hakimiyyəti mənim qədər sistemli tənqid edən yoxdur”.
 
O, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri də ittiham edib: “Onun təmsil etdiyi partiya 2006-cı ildə milli maraqları sataraq parlamentin işində iştirak etmək qərarı vermişdi”.
Tarix: 29-08-2021, 12:52
Xəbəri paylaş





Xəbər lenti