Vəziyyət Rusiyanı Azərbaycanın hərbi əməliyyatlarına göz yummağını şərtləndirəcək


Azərbaycanda rus sülhməramlıların müvəqqəti yerləşdiyi məsuliyyət zonasında Rusiya və İran öz hərəkətlərini birgə koordinasiya edir. Paşinyan hakimiyyəti ilə 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda keçirilmiş növbədənkənar seçkilərdə Paşinyanın yenidən qələbə qazanmasının əsas səbəbi erməni cəmiyyətinin ümumən Qarabağ yükündən azad olmaq, qonşularla sülh istəyi idi.
Ermənistanda son proseslər açıq şəkildə göstərir ki, İrəvan hakimiyyəti Qarabağ adlı problemin mövcudluğun belə xatırlamaq istəmir və görünən də odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq niyyətindədir, ancaq Rusiya və İran Paşinyan hakimiyyətinə bu niyyətini reallasdırmağa imkan vermir. Düzdür Fransa, ABŞ-da konfliktin tam həllində maraqlı deyil. Ancaq Rusiya üçün konfliktin dirçəlməsi onun regionda üzün müddətə mövcudluğunu təmin edən vasitə olduğundan Qarabağda konfliktin dirçəlməsi Rusiya üçün geosiyasi hədəfdir.
Bəli, Rusiya və İran isə bölgədə Qarabağ adlı problemi dirçəltmək niyyətindədir. Buna görə də Rusiya tərəfindən Ermənistan müəyyən mənada proseslərdən kənarlaşdırılıb. Qarabağ ətrafında diqqəti cəlb edən ən son vacib proseslərdən biri - rus sülhməramlıların komandanı general Rüstəm Muradovun ənənəvi rus işğalçı siyasətinin mahir icraçısı Mixail Kosabokovla əvəzlənməsidir hansı ki, bu Kosobokov Gürcüstanın Abxaziyasının, Ukraynanın Donbasının, Krımının işğalını həyata keçirən mühüm fiqurlardan biridir. Sözsüz ki, Rusiya bu addımı ilə Azərbaycan açıq şantaj və hədə etmiş oldu. Təbii ki, Azərbaycanda adekvat addımlar atmaq məcburiyyətindən çıxış edərək ilk öncə Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirdi, Gorus-Qafan yolunun Azərbaycan hissəsində polis postları qurub, İrandan gələn maşınları nəzarətə götürdü. Azərbaycan eyni zamanda Qarabağa İranın yük maşınlarının və digərlərinin sərbəst giriş-çıxışı bağlı Rusiyaya narazılıq məktubları ünvanladı və müvəqqəti fəaliyyət göstərən Laçın koridoruna vizual nəzarəti gücləndirtdi. Sentyabrın 12-dən isə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq hərbi təlimlərinə start verildi. Xatırlamaq yerinə düşər ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri rus sülhməramlıların məsuliyyət zonasında keçirdiyi hərbi təlimlərdən bir gün sonra keçirilib. “Üç qardaş - 2021” beynəlxalq hərbi təlimlərin Bakıda keçirilməsi isə geniş ictimaiyyətə məlum olmayan mümkün təhlükələrin qarşısını almağa hesablana bilər. 44 günlük müharibə zamanı Bakıya atılan raket hücumları haqqında az danışsaq da dövlətimizə və xalqımıza hər şey bəllidir.
Qısa dövr üzrə proseslərin ardıcıllığı və ümumən rus-fars tandeminin Azərbaycana qarşı ənənəvi nifrət siyasəti onu deməyə əsas verir ki, rus sülhməramlıların məsuliyyət zonasında hərbi müstəvidə əməliyyatlar gözləniləndir. Hər şey açıq-açıqcasına bəllidir, Rusiya regionda konfliktin dirçəlməsinə və rus ordusunun Azərbaycanda uzun müddətə qalması üçün əsaslar yaratmağa çalışır. İranın istəyi təbii ki, son yüzilliklərə uyğun olaraq Rusiya ilə eyni amala xidmət edir və ümid edir ki, Qarabağ konflikti ilə Azərbaycanın inkişaf tempini, hərbi gücünü azalda biləcək və nəticə etibarı ilə Cənubi Azərbaycanın istiqlalını əngəlləyə biləcəkdir.
Böyük ehtimalla Qarabağda Rusiya-Azərbaycan hərbi qarşıdurması gözlənilmir, ancaq ruslar tərəfindən təsirli təxribatlar mümkündür, Türkiyə-Azərbaycan, Pakistan-Türkiyə-Azərbaycan müttəfiqliyi, hərbi təlimləri rusların bir başa silahlı qarşıdurmadan çəkindirən şərtlərdir. Çox güman ki, Rusiya Azərbaycanın tələbləri ilə razılaşacaq, 10 noyabr və 11 yanvar üçtərəfli Bəyanatlarının icrası ilə bağlı praktik addım atacaqdır. Əks təqdirdə isə vəziyyət Rusiyanın məsuliyyət zonasında Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə mane olmamağını şərtləndirəcək və nəticədə Xankəndinin, ətraf ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsi reallaşacaq.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 13-09-2021, 14:09
Xəbəri paylaş





Xəbər lenti