“ “Avrora”nın bağlanması Moskvanın istəyi ilə həyata keçirilib” - Başqa izahı yoxdur


Ermənistanın “Avrora” radiosu Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımını dayandırıb. Bu barədə radionun direktoru Mikayıl Canpoladyan feysbuk səhifəsində canlı yayım zamanı deyib.

“Mənə bu haqda danışmaq çox çətindir. Biz özəl şirkətik və daim pul itirə bilməzdik. Biz artıq Şuşadakı bütün mülkümüzü itirdik. İndi bilmirik yeni avadanlıqları hara daşıyaq və bunu etməyə dəyərmi?”, - deyə Canpoladyan bildirib.

Onun sözlərinə görə, Qarabağdan zəng edilib və yayım üçün dövlət rüsumunun və lisenziya haqqının ödənilməsi tələb olunub. Bu da radionun yayımını dayandırmaq haqda qərar qəbul etmək üçün “son damla” oldu.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında radionun yayımının dayandırılmasının fərqli səbəbi olduğunu dedi:

“ “Avrora” geniş yayılmış radiodur. Radionun fəaliyyətinin dayandırılmasının səbəbi nə texniki, nə iqtisadidir. Çünki radio yayımı müasir dövrün ən ucuz başa gələn yayım növlərindəndir. Qərar sırf məzmunla bağlıdır. Məsələ ondan ibarətdir ki, “Avrora” Rusiya ilə bağlı tənqidi materiallar verir. Buna görə də radionun bağlanması Moskvanın istəyi ilə həyata keçirilib. Qərarın başqa izahı yoxdur”.
Tarix: 16-09-2021, 22:09
Xəbəri paylaş





Xəbər lenti