Zaxarova: "Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz"



"Biz heç nəyi cavabsız qoymuruq, onlar bunu başa düşməlidirlər"
"Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz. Çünki belə bir prosedur mövcud deyil". AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Sergey Lavrov cavab verdi ki, belə bir mexanizm yoxdur, lakin onlar uydura, danışa, bəzi düsturlar ixtira edə bilərlər. Sadəcə olaraq, belə bir prosedur yoxdur", - Zaxarova vurğulayıb.
XİN sözçüsü ABŞ-ın Rusiyanın terrorizmə sponsorluq edən ölkə kimi tanınması təşəbbüsünü axmaq addım adlandırıb: "Bu, cavabsız qalmayacaq. Onların görəcəkləri bütün tədbirlərə, hətta axmaq xarakterli olsa belə, müvafiq cavab veriləcək. Biz heç nəyi cavabsız qoymuruq, onlar bunu başa düşməlidirlər".
Tarix: 28-04-2022, 18:51
Xəbəri paylaş





Xəbər lenti