İlham Əliyev Rusiyaya tətbiq edilən sanksiyalardan danışdı


"Azərbaycan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bu ölkə ilə ticarətə mənfi təsirini hələlik hiss etmir".
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.
“Amma biz sonrakı hadisələri, sanksiyalar davam edərsə qarşıdakı yarım il, bir il ərzində nələr baş verəcəyini bilmirik”, - o deyib.
Prezident  vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar şəraitində ticarət, pul köçürmələri ilə bağlı nələrin baş verəcəyi dərk edilməlidir.
“Bizim fermerlər üçün Rusiya yeganə böyük bazardır, həm də Rusiya istehsalçıları üçün Azərbaycan bazarı böyük əhəmiyyət daşıyır”, - dövlət başçısı tədbir iştirakçılarının sualına cavab verərək söyləyib.
“Sanksiyalar tətbiq edilərkən onların əməli təsirini görməliyik. Təsəvvür edin ki, hazırda sanksiyalar qonşumuz olan İran və Rusiyaya qarşı tətbiq olunur və bu da xeyli mürəkkəb vəziyyət yaradır. İndi də qarşıdakı dövrdə hansı qərarlar veriləcəyinə baxmalıyıq. Amma Rusiya ilə ticarət əlaqələrimiz xeyli şaxələnib, kənd təsərrüfatı, xidmətlər sektoru az da olsa sərmayələri əhatə edir. Burada çox sayda Rusiya şirkətləri çalışır. Əlbəttə, Rusiyada çox böyük azərbaycanlı icması var, onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər”, - İlham Əliyev diqqətə çatdırıb.
Tarix: 29-04-2022, 15:38
Xəbəri paylaş





Xəbər lenti