ABŞ başda olmaqla Qərb dünyası Ukraynadakı müharibəyə birbaşa müdaxilə etməsə də, beynəlxalq nizam qaydalarına məhəl qoymayan Rusiyanın təsir gücünün birdəfəlik qırılması üçün Ukraynaya hərtərəfli yardım göstərir. Belə hesab olunur ki, Qərb Rusiyanı müxtəlif “şirnikləndirici” üsullarla və aldadıcı manevrlərlə Ukraynada tələyə salıb.Bəzi analitiklərin fikrinə görə, bu müharibənin arxasında dərin səbəblər dayanır və ümumi yekunda Şərqi Avropada Ukraynanın da böyük rol oynayacağı yeni güc mərkəzi formalaşdırılacaq və hətta Rusiya ərazisinin bir hissəsi həmin mərkəzin nəzarətinə veriləcək.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.net” portalında dərc edilən
“Rusiya Qərbin onun qabağına atmış olduğu bütün “tələ yemləri”ni yedi” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.
Həmin məqalənin tərcüməsini təqdim edirik:
”Bu gün Ukraynada baş verənlərə Rusiya hələ 2004-cü ildən hazırlaşıb. 2004-cü ilin yazında Putin prezidentliyinin ikinci müddətinə başlayırdı. Həmin il Rusiyada FTX-nın hazırladığı bir neçə terror aktı baş vermişdi, payızda isə Ukraynada “narıncı Maydan” qələbə qazanmışdı. Ukraynanın Rusiyadan aralanıb Qərbə tərəf istiqamətlənməsinin vektoru da elə məhz həmin vaxtdan formalaşdı.Amerikalı ideoloq
Bzejinskinin sözlərini yada salaq. Vaxtilə o, deyirdi:
”Rusiya Ukraynasız imperiya deyil”. 1991-ci ildən sonra Rusiyanın çiçəklənən Avropa dövləti olmaq şansı vardı. O dövrdən indiyədək bu ölkəyə milyardlarla dollar investisiya qoyuldu, lakin bütün bunlara baxmayaraq, Rusiya
Qızıl Ordanın yolunu tutdu. Gəlin, Qızıl Ordanın nə etdiklərini nəzərdən keçirək:
- Soyğunçuluqla məşğul olurdular.- Tabe etdirdikləri bölgələrdən xərac yığırdılar.- Danışqlarda təcavüz və şantajdan istifadə edirdilər.Otuz ildir ki, Rusiyanın davranışları Qərbin məqsəd və prinsiplərilə ziddiyyət təşkil edir. Ona görə də Qərb tərəfindən Rusiyanın “dekonstruksiyaya” məruz qalması üçün bir neçə ssenari hazırlanıb. Vaxtilə SSRİ-nin də aqibəti buna bənzər olmuşdu.
SSRİ-nin kosmik proqramını yadımıza salaq. Mənasız yerə öyünərək Qərblə yarışa girən Sovet İttifaqı bu sahəyə milyardlarla dollar yatırmaqla öz iqtisadiyyatını dağıdırdı.Etiraf etmək lazımdır ki, Rusiyanın böyük iqtisadi dözümlülük ehtiyatı var. Son illər enerji bazarında şantajla məşğul olan Rusiya öz silahlı qüvvələrində yenidənqurma apararaq qonşularına qarşı real təhlükəyə çevrildi.
Artıq xeyli vaxdır ki, Rusiya öz maraqlarını ölkə xaricində axtarır.
Fransa və Almaniya ilə sıx iqtisadi əməkdaşlıq Rusiyanı təsirli Avropa subyektinə çevirdi.
Çinlə əməkdaşlıq layihələri Rusiyanı Asiyanın nüfuzlu ölkələrindən biri halına gətirdi. Rusiyanın Yaxın Şərqdə aktiv fəaliyyətləri Amerikanın strateji maraqları üçün problemlər törətməyə başladı.
Putin həqiqətən də “SSRİ-2” yaratmaq və aparıcı qlobal oyunçu olduğunu göstərmək istəyirdi. Amma alınmadı!Yenidən qayıdaq Bzejinskiyə. O, qlobal siyasəti “böyük şahmat taxtası” ilə müqayisə edirdi. Putin oyun qaydalarını pozmağa girişdi və həm də qorxu hissini itirdi.
Rusiyanın çökdürülməsi planına uyğun olaraq onun qarşısına bir neçə “tələ yemi” qoyuldu və ruslar hər şeyin öz yolunda getdiyini düşünərək, bu yemləri böyük iştahla həzm etdilər.
Bax, elə ona görə də Ukraynanın zəbt edilməsi üçün “yüksək səviyyədə hazırlanmış blitskriq əməliyyatı” uğursuzluğa düçar oldu. Əlbəttə, burada Ukrayna xalqının mətanəti qətiyyən istisna edilməməlidir. Ukraynalıların birlik nümayiş etdirməsi və yaxşı təşkilatlanması rus işğalçılarına qarşı mübarizənin mühüm elementidir.2022-ci ilin Ukrayna ordusu 2014-cü ilin ordusu deyil. Bu illər ərzində Ukrayna ordusunun təkmilləşməsi üçün ABŞ kifayət qədər işlər görüb. Komandirlərin hazırlıq səviyyəsi, NATO standartlarına keçid və müasir texnologiyaya yiyələnmək çox vacib şərtdir.
Putin ordusunun döyüş meydanında verdiyi ağır itkilər bunun sübutudur.Lend-liz böyük düşüncənin məhsuludur. Bu planın başa çatmasının dəqiq müddəti yoxdur və onun nə qədər sürəcəyi hadisələrin gedişinə bağlıdır.
Bugünkü ərazi hüdudlarındakı Rusiyanın mövcudluğuna son qoyulacaq. Xəritələrə yenidən baxılacaq, çünki “Rusiya Federasiyası” layihəsi uğursuzluqla yekunlaşacaq. Amerika bundan sonra Avropada fəal rol oynamağı planlaşdırır. Polşa amerikalıların müvəfəqiyyət vəd edən layihəsidir. Eyni zamanda, Ukrayna da uğurlu iqtisadi və hərbi layihə ola bilər. Artıq qlobal siyasətdə Ukrayna xüsusi rola malik olan ölkədir.
Avropada Ukraynanın, Polşanın, Baltik ölkələrinin və Böyük Britaniyanın daxil olacağı yeni iqtisadi ittifaq formalaşacaq. Bu ittifaq Almaniya və Fransa ilə rəqabət aparacaq. Yeni ittifaq staqnasiyaya uğrayan könhə Qərbdən fərqli olaraq, parlayan ulduza çevriləcək və aşağıdakı sferalar üzrə öncül yer tutacaq:
- Güclü və yüksək döyüş qabiliyyətinə malik regional təhlükəsizlik mərkəzi olacaq.- ABŞ-ın dostu olan ölkələri hərbi məhsul və özəl hərbi şirkətlərlə təmin edəcək.- Avropanın enerji təhlükəsizliyi mərkəzinə dönüşəcək.- Dünya qida təhlükəsizliyinin mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.- İkili texnoloji təyinat və innovasiya mərkəzinə çevriləcək.- Regional maliyyə mərkəzi (kapital bazarı) rolunu oynayacaq.Bu ittifaq həmçinin müasir Rusiya ərazisinin Avropa hissəsinin nəzarətini öz üzərinə götürəcək”.
Tarix: 4-05-2022, 22:38