Rus faşizmi Ukraynada öz qanında boğulur
Ukrayna xərçəng xəstəliyi kimi Rusiya imperiyasını hər gün daha da zəiflədir, tükəndirir. Hər keçən gün göstərilən yardımların miqyasının artması, döyüş meydanında qüvvələr nisbətini Ukraynanın xeyrinə dəyişməkdədir. ABŞ prezidenti bu həftə Ukrayna ordusuna əlavə 150 milyon dollarlıq yeni bir yardım paketi ayıracağını bildirib. Bundan əlavə 2 gündən sonra Bayden Lend-Liz aktını imzaladıqdan sonra, Ukraynaya gösrilən hərbi yardımların miqyası və operativliyi daha da artacaq. Qarşıda Ukrayna üçün hələ 33 milyardlıq yardım büdcəsi var. Bu arada İngiltərənnin də ötən həftə ayırdığı 300 milyon funt-sterlinq dəyərində silahlar artıq Ukrayna ordusuna çatdırılmaqdadır. Sabah isə Zelenskinin G7 ölkələrinin sammitinə qatılacağı gözlənilir və bu da əlavə yardımların gəlməsinə yol açacaq. Qeyd edək ki, bu arada Fransa da tərəddüdlərə son qoyaraq Ukraynaya hərbi yardım göstərən ölkələr sırasına qoşulub və ilk haubitsa partiyası arıq Kiyevə çatdırılıb. Hətta, İngiltərə Baş naziri Boris Conson bildirib ki, o Makron la danışaraq iki ölkənin Ukrayna məsələsində bundan sonra ortaq hərəkət edəcəyini razılaşdırıb. Dünən isə Almaniya kansleri Şolts da ilk dəfə kəskin mövqe göstərərək, Putinin qalib gəlməsinə imkan verilməyəcəyini bildirib. Onun bu açıqlamasından sonra Almaniyanın da Ukraynaya ciddi hərbi yardımlar edəcəyi gözlənilir. Bütün bunlar onu göstərir ki, təcrid olunmuş və resursları get gedə tükənən Rusiyadan fərqli olaraq, Ukraynaya göstərilən yardımlar artıq qlobal xarakter daşıyır və hər gün daha da artır.
Qlobal səviyyədə göstərilən nəhəng dəstəyin nəticəsi olaraq döyüş meydanında hücum cəhdləri boşa çıxan rus ordusu, hətta bir çox istiqamətlərdə əvvəlki mövqeyindən də geri çəkilməyə məcbur olub. Xarkov, İzyum, Nikolayev, Xerson istiqamətində ağır zərbələr alan ruslar indi bu ərazilərdə daha çox müdafiə olunmaqla məşğuldurlar. Rusların bu gün nəzarət etdikləri ərazilərin əksəriyyəti savaşın ilk günlərində tutduqları yerlərdir. İki aydan artıqdır ki, yerində sayan rus ordusu savaşın ilk bir ayında əsas canlı döyüş qüvvəsini itirdiyi üçün uğurlu hücum əməliyyatları həyata kirə bilmir. Bütün cəhdlərə baxmayaraq Donbas istiqamətində Ukrayna ordusunun müdafiə xətlərini yarmaq planı iflasa uğradı. Hətta bu müddətdə Azovstal zavodu ərazisindək müqaviməti belə qıra bilməyən Putinin faşist ordusu indi ciddi prestij itkisi yaşayır.
Ukrayna ordusunun Qərbdən aldığı HHM sistemləri Rusiya aviasiyasının da üstünlüyünə son qoyub və demək olar ki, ruslar son vaxtlar təyyarələrdən çox az istifadə edirlər. Bu vəziyyətdə Putin Ukrayna şəhərlərinə, infrastrukturlarına raketlərlə zərbələr endirərək , daha böyük zərər vurmaqla məğlubiyyətinin əvəzini çıxmağa çalışır. Ancaq onun bu aqressiyası cəbhədəki hərbi vəziyyəti dəyişmək iqtidarında deyil.
Prosesilərin gedişi onu göstərir ki, Rusiyanı gözləyən çətinliklər hələ qabaqdadır. Ukrayna ordusunun aldığı müasir silahların istifadəsi ilə bağlı təlimlərin uzağı iki həftəyə yekunlaşacağı gözlənilir. Bu isə ukraynalıların ruslara daha sarsıdıcı zərbələr endirməsinə, böyük itkilərə səbəb olacaq. O zaman isə ruslar, nəinki, əks hücum əməliyyatlarından imtina etməyə məcbur olacaqlar, hətta onların indiki mövqelərini belə əldə saxlamaları mümkün olmayacaq.
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Tarix: 7-05-2022, 21:44