Əkrəm Həsənov: “Faşizm üzərində qələbə tarixi saxtadır”



“Mayın 8-də Qərb, 9-da isə keçmiş SSRİ respublikaları faşizm üzərində qələbəni qeyd edəcək. Əslində isə qələbə günü mayın 7-də idi: Almaniya 1945-ci ilin 7 mayında Reyms şəhərində təslim olmuşdu. Lakin Stalin mərasimin Berlində də təkrar keçirilməsini tələb etmişdi. Hətta bütün iştirakçılar and içməli olmuşdular ki, 7 may haqda susacaqlar. Beləliklə, faşizm üzərində qələbə tarixi də saxtadır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
 
“Təsadüfi deyil ki, faşizm hələ də yaşayır! Özü də digərlərini faşizmdə daha çox ittiham edən elə faşistlərdir” – Ə.Həsənov qeyd edib.
Tarix: 9-05-2022, 09:53
Xəbəri paylaş





Xəbər lenti