Britaniya Rusiya və Belarusa qarşı 1,7 milyard funt sterlinq dəyərində yeni sanksiyalar elan edib





Böyük Britaniya Rusiya və Belarusa qarşı ticarətlə bağlı 1,7 milyard funt-sterlinq dəyərində yeni sanksiyalar paketi elan edib.
“Report” xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Qeyd olunur ki, bu sanksiyalar paketi Putinin “hərbi maşını”nın daha da zəiflədilməsi məqsədi daşıyır.
“Bu, Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsinin başlanmasından bəri tam və ya qismən idxal-ixrac sanksiyalarına məruz qalan malların ümumi dəyərinin 4 milyard funt sterlinqdən çox olacağı deməkdir”, - hökumətin bəyanatında deyilir.
Bildirilib ki, rüsumlar 35% artırılacaq.
Yeni idxal rüsumları platin və palladium da daxil olmaqla 1,4 milyard funt sterlinq dəyərində malları əhatə edəcək.
Bu, Rusiyanın ixracı Böyük Britaniyadan asılı olan aparıcı platin və palladium istehsal edən ölkələrdən biri olması ilə bağlıdır.
Tarix: 9-05-2022, 11:16
Xəbəri paylaş





Xəbər lenti