Ramiz Zeynalovun xidmət müddəti başa çatır - mayın 26-da


Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bitir. Siam.az-ın pravda.az-a istinadən xəbərinə görə, mayın 26-da R.Zeynalovun xidmət müddətinin sonuncu günüdür.

Onun vəzifədən azad edilib-edilməyəcəyi məlum deyil. Müddət daha 1 il də artırıla bilər.

Qeyd: 2021-ci ilin mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddətini bir il artırıb.

2022-ci ilin fevralın 19-da Ramiz Zeynalovun 71 yaşı tamam olub.
Tarix: 9-05-2022, 11:28
Xəbəri paylaş





Xəbər lenti