İran ABŞ-ın razılığını gözləyir


İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib və sazişin mətni hazırdır. Yeganə qalan məsələ ABŞ-ın cavabıdır.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçridiyi həftəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. "Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi".

S.Xətibzadə Qətər əmirinin Tehrana səfər edəcəyi xəbərini təsdiqləyib və bildirib ki, bu səfər tezliklə baş tutacaq. O, səfər çərçivəsində iki tərəfli əlaqələr və regional məsələrin müzakirə olunacağını qeyd edib.




Tarix: 9-05-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti