"Ukrayna üçün ikinci və daha böyük Marşal Planına start verilir" - QUBAD İBADOĞLU


"Rusiyanın dondurulmuş 400 milyard dollarlıq aktivlərinin satışından gələn gəlirləri də ölkənin bərpasına sərf edilməsi üzrərində iş başlayıb"
"Donor konfransında Ukrayna üçün əlavə 6.5 milyard dollar vəsait yığılıb. Məlumat üçün qeyd edim ki, ötən il üçün Ukraynanın dövlət büdcəsinin gəlirləri 39.18 milyard ABŞ dollar, xərcləri isə 47.65 milyard ABŞ dollar təsdiq olunmuşdur". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.
Partiya sədri bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) hər ay Ukrayna üçün 5 milyard dollarlıq xüsusi hesab açıb: "Eyni zamanda, ABŞ prezidenti Konqresdən 33 milyard dollar istəyib. Bundan əlavə, Rusiyanın dondurulmuş 400 milyard dollarlıq aktivlərinin satışından gələn gəlirləri də ölkənin bərpasına sərf edilməsi üzrərində iş başlayıb".
Qubad İbadoğlu onu da əlavə edib ki, tezliklə Ukrayna üçün ikinci və daha böyük Marşal Planına start verilir.
Tarix: 10-05-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti