"İsrail dövləti və yəhudi xalqı ilə düşmənçilik Rusiya üçün ölüm fərmanı ola bilər" - XAQANİ CƏFƏRLİ
"Putinin siyasi karyerası boyunca nadir hallarda təsadüf edilən bu hadisə iki məqamdan, İsrail dövlətinin və yəhudi xalqının gücündən, eləcə də Putinin reallıq hissini tam itirmədiyindən xəbər verir" "Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə telefon danışığı zamanı xarici işlər naziri Sergey Lavrovun yəhudilər haqqında sayıqlamasına görə İsrail dövlətindən və yəhudi xalqından üzr istəyib. Putinin siyasi karyerası boyunca nadir hallarda təsadüf edilən bu hadisə iki məqamdan, İsrail dövlətinin və yəhudi xalqının gücündən, eləcə də Putinin reallıq hissini tam itirmədiyindən xəbər verir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. Politoloqun sözlərinə görə, Putin anlayır ki, Qərblə sərt qarşıdurmanın yaşandığı indiki anda İsrail dövləti və yəhudi xalqı ilə düşmənçilik Rusiya üçün ölüm fərmanı ola bilər: "Çox təəssüf ki, Azərbaycanın siyasi elitası dost yəhudi xalqının ünvanına Rusiyanın "Velzuvel" ləqəbli xarici işlər nazirinin sayıqlamasına gərəkən reaksiyanı vermədi. Lavrovun bu sayıqlaması ən kəskin şəkildə pislənilməli idi".