Böyük Britaniya bu ölkələrlə saziş imzaladı



Böyük Britaniya İsveç və Finlandiya ilə yeni təhlükəsizlik sazişləri imzalayıb.
 
Pravda.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin yaydığı bəyanatda deyilir.
 
"Biz İsveç və Finlandiyanı qəti və qeyd-şərtsiz dəstəkləyirik, bu təhlükəsizlik bəyannamələrinin imzalanması ölkələr arasında möhkəm etimadın simvoludur" - bəyanatda qeyd olunur.
 
Həmçinin bildirilir ki, imzalanan sənədlər Avropada təhlükəsizlik səviyyəsini yüksəltməyə, Böyük Britaniyaya hər iki ölkədəki hərbi mövcudluğunu texnika və şəxsi heyətinin sayı hesabına artırmağa imkan verəcək. 
Tarix: 11-05-2022, 17:05
Xəbəri paylaş





Xəbər lenti