Türkiyə ilə bağlı kritik tələb – Bayden "yaşıl işıq” yandırdı, qaldı...


“Wall Street Journal” ABŞ-ın Co Bayden hökumətinin Konqresdən Türkiyəyə yeni silah satışı paketini təsdiqləməsini tələb etdiyini yazıb.
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, Amerika nəşri sözügedən paketə çoxlu sayda sursatın daxil olduğunu bildirib.

Məlumata görə, Türkiyə ABŞ-dan “AIM-9 Sidewinder” və “AIM-120 Amraam” raketləri, eləcə də bəzi radar sistemləri və digər hərbi texnikaları tələb edib.

Sözügedən paketin 400 milyon dollar dəyərində olduğu deyilib.

Digər tərəfdən, Türkiyənin F-16 “Blok 70” döyüş təyyarələrinə tələbatı var. Türkiyənin F-16 “Blok 70”-ə olan tələbatına 40 yeni döyüş təyyarəsi və mövcud “F-16”-ların modernləşdirilməsi daxildir.

400 milyon dollarlıq silah alqı-satqısı paketi Konqres tərəfindən təsdiqlənərsə, bu, “F-16” döyüş təyyarələrinin satışına zəmin yarada bilər.

“F-16” paketinə gəldikdə, bunun 2-3 ay ərzində Konqresə təqdim olunacağı gözlənilir.

Türkiyə müdafiə naziri Hulusi Akar bundan əvvəl verdiyi açıqlamada ABŞ-la “F-16” alqı-satqısına dair danışıqların müsbət nəticələnməsinin mümkün olduğunu bildirib.

Ötən günlərdə Türkiyənin “F-35” proqramından çıxarılması təşəbbüsü ilə çıxış edən bəzi Konqres üzvləri “F-16”-ların Ankaraya satışının NATO və ABŞ-ın təhlükəsizliyinə xidmət edə biləcəyi və bu satışı təsdiq edə biləcəkləri bildirilib.

Bayden hökuməti isə “F-16” satışının təsdiqlənməsi ilə bağlı Konqresə məktub da göndərib.




Tarix: 11-05-2022, 22:20
Xəbəri paylaş





Xəbər lenti