"Sərhədsiz Reportyorlar" bloger Eyvaz Yəhyaoğlunu azad etməyə çağırıb


"Sərhədsiz Reportyorlar" hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun dərhal azad edilməsinə çağırıb.
Mayın 12-də təşkilatın Tvitter hesabında dərc olunmuş məlumatda deyilir:
"Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə "tabe olmama" ittihamı ilə 28 sutka həbs edilib.
Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. "Sərhədsiz Reportyorlar" təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”.
Tarix: 12-05-2022, 13:49
Xəbəri paylaş





Xəbər lenti