Ramiz Zeynalova yeni müavin təyin edildi


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb.
 
Nazirin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub.
 
Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib.
 
O, bundan əvvəl İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.
 
Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq, DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.
 
Qeyd edək ki, BDYPİ-nin rəisi polis general-mayoru Ramiz Zeynalovdur.
Tarix: 15-05-2022, 09:28
Xəbəri paylaş





Xəbər lenti