Türkiyə niyə Finlandiya və İsveçin NATO üzvlüyünə qarşıdır?


“Türkiyə Şimali Atlantika Alyansının genişlənməsinə etiraz etmir, terrorçuları dəstəkləyən ölkələrə qarşı çıxır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz bazarlıq etmirik və bu, siyasi sövdələşmənin elementi deyil. Biz çox aydın mövqe tutmuşuq. Məhz odur ki, [Finlandiya və İsveç] terror təşkilatları ilə əməkdaşlığı tamamilə dayandırmalı və müdafiə sənayesi məhsullarının tədarükündəki məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, biz terrorçuları dəstəkləyən ölkələrə qarşıyıq”, - deyə nazir bildirib.
Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatı ilə əlaqələri barədə narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb.
Tarix: 15-05-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti