Vüqar Dadaşov: Rusiyanın indiki vəziyyətində Putin hakimiyyəti qədər də rus xalqı özü günahkardır-TƏHLİL
Rusiya özünü dünyaya fövqəl dövlət kimi tanıtdığından, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü kimi və Putinin inadından Rusiya öz təkəbbürünün (hansı ki, elə bir imicindən bir əsər əlamət qalmayıb) qurbanına çevrilir, hərçənd ki, Rusiyanın indiki vəziyyətində Putin hakimiyyəti qədər də rus xalqı özü günahkardır. Rusiyanın öz milli baxışına, Putinin inadına və yaranmış beynəlxalq geosoyasi vəziyyətə görə Rusiya istəsə də müharibədən çıxma bilmir və sözün düzü Qərb də Rusiyanın müharibədən çıxmasına imkan vermir. Qərbin ssenarisinə uyğun olaraq Rusiya öz məhvinə doğru gedir. Belə bir vəziyyətdə, Rusiya üçün yeganə çıxış və Rusiyanın məhvinin qarşısının alınmasının yolu Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır . Ancaq Qərbin hədəfi əslində Putin yox, Rusiyanın özüdür. İndi ki, vəziyyətdə Qərb çox illik istəklərini reallaşdırmağa ən yaxın olduğu zamanda Rusiyanın özünə güzəşt ediləcəyi ehtimalı çox aşağıdır. Sözsüz ki, Putin hakimiyyətindən məhrum ediləcək, ancaq Putinin hakimiyyətindən getməyi Çauşevski, Səddam Hüseyn nümunəsinə uyğun, yaxud başqa bir ssenari üzrə reallaşacağı əsas məsələdir. Hesab edirəm ki, ruslar Putinlə özləri məsələni həll edəcək və Rusiyanın Putin timsalında imicinin və dövlətinin tamamilə məhv olmasına qarşı olacaqlar və ona görə də Putinin hakimiyyətdən kənarlaşdırılaraq ölkə daxilindən kənarda mühakimə edilməsinə imkan verilməyəcək. Ancaq Qərbin bu cəza tədbirinim tətbiqindən asan əl çəkməyəcək. Bir maraqlı məqam odur ki, Artıq Kreml Putinin xəstə olması ilə bağlı informasiyanı dövriyyə buraxıb və hətta Moskva da 9 May Qələbə Günü keçirilən Paradda Putinin xəstə obrazı ictimayyətə açıq göstərildi. Bu isə o deməkdir ki, Putinin səhhəti ilə bağlı hakimiyyətdən gedəcəyinə hazırlıq gedir. Ssenari hələki, Putinin öz nəzarəti altındadır, ancaq Putindən asılı olmayaraq Rusiya siyasi elitası və xüsusi xidmət orqanları ssenarini dəyişə bilər və bu ehtimal əsas ağırlığa malikdir. Qərbin də Rusiya daxili prosesdə iştirakı istisna deyil. Bəzi məlumatlara görə Putinin əməliyyat olunacağı və səhhətinin ağırlığına görə əməliyyatdan salamat çıxmayacağı ehtimalı da var. Hər bir halda, Rusiya siyasi elitası Rusiyanın indiki vəziyyətdə tam məhv olmamasının yeganə çıxış yolu kimi, Putinin hakimiyyətdən kənarlaşdırılmasını görür. Ancaq, sonra yeni hakimiyyət üçün isə ağrılı qərarlar və əsaslı dəyişiliklər aparmaq, Rusiya dövlətinin işğalçılıq, şovinist, imperialist mahiyyətindən imtina etmək həm öhdəlik və həm vəzifə olacaq.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 16-05-2022, 13:36