Putinin ən yaxın dostu Qərblə əlaqəyə girdi – “Bakının da burada rolu var…”



Putinin ən yaxın dostu Qərblə əlaqəyə girdi –
“Artıq 1 aya yaxındır Belarusiya sanksiyalardan yaxa qurtarmaq üçün Qərblə açıq-gizli təmaslardadır”.
Sfera.az xəbər verir ki, bunu ReAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib. O, Belarusun Ukraynaya yardımçı ola biləcəyinə də diqqət çəkib:

“Qərb də 2020-ci ildə öz səhv siyasətini anlamağa başlayaraq Belarusu yenidən Kremlin caynaqlarından qurtarmağa çalışır, çünki anladılar – 2020-də özləri əlləri ilə Lukaşenkonu Putinin qucağına otuzdurdular, halbuki “Batka” Kremlin bütün basqılarına rəğmən “ittifaq dövlətinin” yaranmasına 2020-ci ilə qədər israrla mane olurdu. Lukaşenko avtoritar liderdir, amma Belarusun müstəqil dövlət kimi qalmasında maraqlıdır.

Belarus hökumət nümayəndələri Bakıda səfərdə olan zaman nüfuzlu “The Wall Street Journal” (WSJ) nəşri özünün Pentaqonda və Ağ Evdə olan mənbələrinə istinadən yazdı ki, ABŞ Belarusa qarşı olan sanksiyaları götürmək istəyir, bunun üçün bir neçə həftədir ki, danışıqlar aparır. Məqsəd Belarus üzərindən AB limanlarına Ukraynadan buğda, ərzaq daşınmasına, hətta Ukraynaya lazım olan qeyri-hərbi yüklərin Belarus üzərindən Kiyevə çatdırılmasına nail olmaqdır”.

Ekspert Bakının Belarus və Qərb arasındakı danışıqlarda rolunun olduğunu deyib:

“Belarus bu günə qədər Kremlin bütün israrlarına baxmayaraq Ukraynaya qarşı birbaşa müdaxilədə iştirak etmədi. Belarus nümayəndə heyəti Bakıda olarkən ABŞ-ın yüksək ranqlı məmurları da Bakıda idi – çox güman, rəsmi Bakı Qərblə Belarus arasında gedən danışıqlarda birbaşa iştirak edir, çünki hər iki tərəfin güvənə biləcəyi ölkə məhz Azərbaycandır".

Tarix: 20-05-2022, 14:17
Xəbəri paylaş





Xəbər lenti