Türkiyə və NATO: aşkar tələb, gizli hədəf



Ankara “oldu-keçdi”lərə qarşı “artıq bıçaq sümüyə dirənib” tələbini ortaya qoyur
Türkiyə tarixən NATO-nun genişlənməsini hər zaman dəstəkləyib. Üstəlik, mövzu NATO olunca, iki ana təməl prinsipi müdafiə edib:
- NATO-nun güclənməsi;
- Daha təsirli bir struktura çevrilməsi.
Digər tərəfdən, NATO-nun müasir və güclü Türkiyə Silahlı Qüvvələrinə ehtiyacı olduğunu unutmamaq lazımdır. İndi isə aşağıdakı şərh və açıqlamaları oxuyunca “NATO təkcə Türkiyə üçünmü NATO ola bilmir” deməmək mümkün deyil.
NATO-nun terror dəstəkləməyə meylli üzvləri nə deyir?
Xarici medianın yüksək vəzifəli şəxslərə istinadən Türkiyəli ilə bağlı yaydığı açıqlama və şərhlərin mənzərəsi:
“Türkiyə İsveç və Finlandiyanı “terror yuvaları” olaraq xarakterizə etsə də, əslində öz dərdinə düşmüş vəziyyətdədir”.
“Ərdoğanın ölkəsinin iqtisadiyyatı üzərindəki təhlükələr Qərb ilə qarşıdurma üçün ona imkan vermir”.
“Ərdoğan seçicilərinin gözündə güclü bir lider kimi görünmək üçün tez-tez xarici siyasətdə krizisləri gündəmə gətirir”.
“Türkiyə müxaliflərin geri verilməsini gözləməməlidir. Çünki Türkiyənin geri tələb etdiyi şəxslərin çoxu İsveçə sığınmaq haqqına sahibdir. Geri verildikdən sonra Türkiyə məhkəməsinin insafına qalmaları təhlükəsi var. Buna örnək olaraq Osman Kavala göstərilir. Bir də İsveç məntiqinə görə, tələbələrdən siyasətçilərə qədər 300 mindən artıq insanın həbs edildiyi bir ölkəyə mühacirlərin geri verilməsi mümkünsüzdür”.
“Türkiyənin əsl məqsədi ABŞ ilə bazarlıqdır. Belə ki, Türkiyə F-16 anlaşmasını tezləşdirmək üçün NATO “kozır”ından istifadə etməyə çalışır”.
“Türkiyə NATO-dan çıxarılmalı və ona qarşı embarqo tətbiq edilməlidir”.
“NATO-nun toplantı və təlimlərində Türkiyənin iştirakını ən aşağı səviyyəyə endirmək və NATO liderlərinin iclaslarında Ərdoğan arxana plana atılmalıdır”.
Türkiyənin haqlı tələbləri nədən ibarətdir?
NATO müttəfiqlik konsepsiyasını əsas tutan bir təşkilatdır. Bir müttəfiqin mübarizə apardığı terror təşkilatına digər müttəfiqlərin dəstək verməsini Ankara haqlı olaraq qəbul etmir.
ABŞ-ın PYD və YPG-yə yönəlik siyasəti zatən qorxuncdur. İndi bunun üstünə “müttəfiqlik” konsepsiyası çərçivəsində daha iki ölkənin də əlavə olunması mümkündürmü?
Türkiyənin istəyi çox bəsit və aydındır: Müttəfiqiksə, ya da müttəfiq olacağıqsa, Türkiyəyə qarşı çıxan terror təşkilatlarına dəstək verməyi dayandırın.
Ankaranın dərdi milli maraqlarını, suverenliyini müdafiə etmək, özünü qorumaqdır. Türkiyə “oldu-keçdi”lərə qarşı “artıq bıçaq sümüyə dirənib” deyə konkret addım atılmasını tələb edir. Müttəfiqlərin bir müttəfiqə qarşı sanksiyalar, silah embarqoları heç cür qəbul edilə bilməz.
Müəllif: Hande Fırat
Mənbə: “hurriyet.com.tr”
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli
Tarix: 25-05-2022, 09:45
Xəbəri paylaş





Xəbər lenti