"Rusiyanın Ukraynanın yeni ərazilərinə nəzarəti ələ keçirməsi Kremlin iştahasını artıracaq"
Müharibədə müşahidə edilən qəddarlıq və zorakılıq Kreml tərəfindən sanksiyalaşdırılıb və Qərb Ukraynaya qalib gəlməyə yardım etməsə, davam edəcək.
Bu barədə ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Maykl Karpenter təşkilatın daimi şurasının iclasında bəyan edib. Məlumat ATƏT-in saytında dərc edilib.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb.
Onun sözlərinə görə, müharibədən ötən üç ay ərzində dünya Rusiya Federasiyasının barbarlığına və qanunsuz hərəkətlərinə, onun qələbəni necə görməsinə əmin olub.
"Süzgəc düşərgələrinin, zorla yerindən didərgin salınanların, edamların, işgəncələrin, zorlamaların və talanların sayı get-gedə artacaq", - səfir belə deyib.
Nəticədə Kreml saxta referendum təşkil etməyi və ya öz oyuncaq rejimlərinə Moskvaya onları birbaşa ilhaq etməsilə bağlı müraciət etməyi tapşırmağı planlaşdırır, səfir belə hesab edir.
"Nəticə isə istənilən halda eyni olacaq. Bu müharibəni düşünənlər yalnız bir şeyi arzu edir- həmişəlik hakimiyyətdə qalmaq, məhdudiyyətsiz hakimiyyət və tam cəzasızlıq mühitindən yararlanmaq", - diplomat qeyd edib.
Karpenter deyib ki, baş verən dəhşət fonunda, bəzi liderlərin istədiyi kimi, Rusiya prezidentinin "simasını qoruyub saxlamaq" mümkün deyil.
"Rusiyanın Ukraynanın yeni ərazilərinə nəzarəri ələ keçirməsi Kremlin yeni əraziləri qəsb etmək iştahasını artırır, beləliklə də daha böyük qəddarlığa gətirib çıxarır.
Nə qədər ki, Kreml Ukraynanın ayrı-ayrı hissələrinə nəzarət edəcək, o, bu ərazilərdən əlavə hücumlar təşkil etmək və yeni ərazilər ələ keçirmək üçün platsdarm kimi istifadə edəcək, özündən sonra dağıntılar və vəhşiliklərin izini buraxacaq", - ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi deyib.
Qeyd edək ki, Ukrayna milli polisinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi başlanandan hərbi cinayətlər faktları üzrə 10 mindən çox cinayət işi açılıb.
Tarix: 26-05-2022, 22:17