Almaniyada dövlət katibi təsadüfən dövlət sirlərini açıqlayıb



Almaniyada dövlət katibi təsadüfən dövlət sirlərini açıqlayıb
Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Zimtje Möller dövlət sirrini açıqlayıb. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Müsahibələrin birində Möller, federal hökumətin Ukraynaya ağır silahların gec tədarükünə dair tənqidlərə cavab olaraq bəyan edib ki, bu, Almaniya hakimiyyətinin günahı deyil, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) daxilindəki ortaq mövqedir.

Alman mediası sonradan açıqlayıb ki, heç bir yazılı məhdudiyyət yoxdur və müqavilə yalnız şifahi olub.

NATO-nun mənzil-qərargahındakı mənbələr Almaniyanın “Dpa” agentliyinə belə bir razılaşmanın mövcud olduğunu bildiriblər. Üstəlik, Ukraynaya tədarük edilməməsi qərara alınan silahların çeşidi təkcə tanklar və piyadaların döyüş maşınları ilə məhdudlaşmır, həm də döyüş təyyarələri və bir sıra digər hücum silahlarıdır.

Bu yolla alyans Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə riskini azaltmağa çalışır.
Tarix: 29-05-2022, 09:12
Xəbəri paylaş





Xəbər lenti