“ABŞ hakimiyyətinin Ukrayna üzrə mövqeyi dünya münaqişəsinə gətirə bilər” - Tramp





ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hesab edir ki, Co Baydenin fəaliyyətdə olan administrasiyasının Ukraynadakı situasiyaya yönəlik siyasəti dünya miqyaslı münaqişə ilə hədələyir. Bu fikri o, mayın 28-də tərəfdarlarının qarşısında Vaşinqtonda ifadə edib.
Tramp növbəti dəfə belə fikir işlədib ki, onun 2020-ci ildə seçkilərdə təkrar ABŞ Prezidenti seçiləcəyi təqdirdə Ukraynada münaqişə başlanmayacaqdı.
«Yadda saxlayın, Corc Buşun (oğul) dövründə onlar Gürcüstanı itirdilər, Barak Obama dövründə onlar Krımı itirdilər, Baydenin dövründə isə onlar hər şeyi itirdilər. Amma Trampın dövründə heç nə itirilmədi» - Ağ Evin keçmiş başçısı bəyan edib.
«Biz, milyonlarla insan itkisi alacağıq, amma biz, həm də mümkündür ki, üçüncü dünya müharibəsi alacağıq» - Tramp bəyan edib.
«Bizim axmaq bəyanatlarımız və fəaliyyətimiz üzündən biz, üçüncü dünya müharibəsi alacağıq. Biz, bu insanlara ona görə kömək edirik ki, onları məhv edirlər. Amma biz, gerçəkdən ona görə üçüncü dünya müharibəsi ala bilərik, çünki özümüzü belə aparırıq» - Tramp xəbərdarlıq edib və bildirib ki, belə münaqişədə qalib olmayacaq.
Tarix: 30-05-2022, 08:18
Xəbəri paylaş





Xəbər lenti