Türkiyədən NATO-ya Şimali Kiprlə bağlı tələb


Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq üçün Şimali Kipr məsələsini gündəmə gətirib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Türkiyə yalnız özünün tanıdığı Şimali Kipr Türk Cümhuriyyətinin NATO ölkələri tərəfindən qəbul edilməsini istəyir.
Şimali Kipr Prezidenti Ersin Tatara yaxın mənbə Prezident Ərdoğanın NATO danışıqlarında Şimali Kiprin statusunun müzakirə olunmasını istəməsi ilə bağlı iddiaları təsdiqləyib.
Ərdoğanın Tatarla telefonla əlaqə saxladığını bildirən mənbə, "Zəng edildiyini bilirəm və Prezident Tatarın da müsbət cavab aldığını eşitdim", - deyib.
“Yunanıstan və Kipr Respublikası (Cənubi Kipr) hər hansı irəliləyişin qarşısını almaq üçün Aİ-yə veto hüququndan istifadə edir. Biz niyə etməyək?”, - deyə kimliyi açıqlanmayan mənbə bildirib.
Tarix: 30-05-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti