Cənubi Osetiya geri addım atdı: Rusiyaya birləşmək istəmir
Gürcüstanın Cənubi Osetiya bölgəsinin qondarma “prezidenti” Alan Qaqloyev sələfinin “respublika”nın Rusiyaya daxil olması ilə bağlı “referendum”un təyin edilməsi haqqında fərmanını dayandırıb.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Qaqloyev, həmçinin Rusiya Federasiyası ilə gələcək inteqrasiya ilə bağlı bütün məsələlər üzrə məsləhətləşmələr aparmaq qərarına gəlib.
O, öz fərmanında Rusiya Federasiyasının qanuni hüquq və mənafelərinə toxunan məsələlər üzrə “referendum”un birtərəfli qərarının qəbuledilməzliyini qeyd edib.
Qondarma “prezident” eyni zamanda, “respublika vətəndaşlarının” Rusiya ilə gələcək inteqrasiya təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb.
Mayın 13-də separatçı bölgənin keçmiş “prezidenti” Anatoli Bibilov Cənubi Osetiyanın Rusiya Federasiyasına qoşulması ilə bağlı iyulun 17-də “referendum” keçirilməsi haqqında fərman imzalayıb.
Tarix: 31-05-2022, 14:28