Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərinə namizədliyini verəcəkmi?



Seçkinin gələn ilin iyun ayında keçirilməsi nəzərdə tutulur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb. AYNA xəbər verir ki, bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.
Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib: “Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.
Tarix: 10-06-2022, 07:50
Xəbəri paylaş





Xəbər lenti