"Səfərdən sonra Qərbyönlü ermənilərin Lavrovu "suka" adlandırması dediyimizin sübutudur..."




Tanınmış ermənişünas alim, professor Qafar Çaxmaqlı Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və İrəvandakı bəyanatlarını Moderator.az-a şərh edib:
 "Ermənistanın XİN rəhbəri K. Lavrovun Türkiyə səfərindən sonra Ermənistana getməsi göstərdi ki, bölgədə gedən proseslərə Rusiya biganə deyil və Ukrayna müharibəsi ilə bağlı başının qarışıq olmasına baxmayaraq mövqeyini başqalarına qapdırmayacaq. Ermənistan küçələrində baş verənlərə də bu səfər əslində bir cavab idi və Paşinyanın Rusiya üçün nə dərəcədə münasib fiqur olduğunu bu səfərlə digər rusyanlı ermənilərə başa salmış oldu. Əslində Ermənistandakı mitinqlər Kremlin ssenarisi ilə edilirdi. Məqsəd isə təşəbbüsü Qərbin inisiativinə verməmək idi. Rusiya buna qismən nail oldu. ABŞ və Fransa səfirlərinin verdikləri bəyanatlar havada qalmış oldu. Onlar yenidən Minsk qrupunu fəallaşdırmaq və Dağlıq Qarabağda yaşayan bir ovuc ermənilər üçün haqq tələbində bulunmaqdaydılar. Bu Rusiya üçün bölgədə söz sahibliyini onlara vermək demək olardı. Bundan sonra İrəvan küçələrində gərginliyin azalması müşahidə olunacaq. Lavrov bir daha Rusiyanın mövqeyini ortaya qoydu. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsində arbitr Rusiya olacaq, kommunikasiya xətlərinin açılmasında və onlara nəzarət də ona aid olacaq. Ermənistan müxalifətinin Paşinyanı vəzifədən uzaqlaşdırmaq, hakimiyyəti ələ keçirmək cəhdləri əbəsdir. Qarabağ Ermənilərinin haqlarının təmin edilməsi məsələsi də Rusiyanın istəyi ilə daha irəlidəki illərə atılacaq. Rusiya məsələnin dərhal həll olunmasında maraqlı deyil, çünki münaqişə həll olunarsa Rusiyanın burada təsir imkanları azala bilər. Həm də Qərblə, Amerika ilə indiki gərginlik zamanlarında Amerika və Fransanın məsələlərə müdaxiləsinə imkan verilməyəcəyi mesajını da vermişdir. Bu səfərdən dərhal sonra Qərbyönlü erməni qüvvələrin meydana axışaraq anti Rusiya şüarları səsləndirməsi  və Lavrovu "suka" adlandırması dediyimizin sübutudur. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədələrin müəyyənləşməsi və sülh sazişini öz istədiyi kimi etmək üçün siyasətini ortaya qoymuşdur. Bunun nə dərəcədə bizim üçün sərfəli olacağı isə aparacağımız diplomatik gedişlərdən asılı olacaq".
Tarix: 10-06-2022, 09:28
Xəbəri paylaş





Xəbər lenti