Avropa Komissiyasının prezidenti yenidən Ukraynada

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yenidən Kiyevə gedib. Komissiya prezidenti bu barədə iyunun 11-də özünün Twitter hesabında məlumat paylaşıb. O, məlumatın sonunda ukraynaca “Avropa sizinlədir”
Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkənin bərpası və onun Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə edəcək.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Azadlıq radiosu
Tarix: 11-06-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti