“Dünyada yeni “səkkizliy”in formalaşması prosesi gedr” - Volodin


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin elan edib ki, dünyada alternativ «böyük səkkizliy»in yaradılması üçün bütün şərait yaradılıb.
Spikerin sözlərinə görə, söhbət səkkizdən ibarət qrupdan gedir ki, ümumi daxili məhsulunun (ÜDM) toplam həcmi (alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış) artıq fəaliyyətdə olan G7-ni qabaqlayıb.

Bu zaman yeni dünya iqtisadi liderləri ABŞ və onun müttəfiqləri tərəfindən «sırınmış» sanksiya müharibələrində iştirak etmirlər.

Siyasətçi qlobal reallıq barədə öz baxışlarını özünün Teleqram-kanalında ifadə edib.

«Vaşinqton tərəfindən və onun müttəfiqləri tərəfindən mövcud iqtisadi münasibətlərin qırılması dünyada yeni inkişaf nöqtəsinin formalaşmasına gətirib. Sanksiya müharibələrində iştirak etməyən səkkiz ölkədən ibarət qrup - Çin, Hindistan, Rusiya, İndoneziya, Braziliya, Meksika, İran, Türkiyə - ÜDM göstəricisi üzrə köhnə qrupu 24,4 faiz qabaqlayır» - Volodin yazıb.

O, göstərib ki, ABŞ-ın, Yaponiyanın, Almaniyanın, Britaniyanın, Fransanın, İtaliyanın, Kanadanın (G7) iqtisadiyyatı «Rusiyaya qarşı yönəlmiş sanksiyalar altında çat verməkdə davam edir». Belə ki, 2022-ci ilin birinci rübündə ABŞ-da ÜDM-in 1,5 faiz enməsi qeydə alınıb, inflyasiya isə 8,6 faiz maksimum səviyyəyə çatıb.

Dövlət Dumasının spikeri əmindir ki, ABŞ-ın dünyəvi hegemonluğunu itirməsi qaçılmazdır, çünki bu ölkə qlobal gərginlik yaratmaqda davam edir və öz problemlərini başqalarının hesabına həll etmək istəyir.

«ABŞ öz əlləri ilə elə şərait yaradıb ki, bərabərhüquqlu dialoq və qarşılıqlı faydalı münasibətlər qurmaq arzusunda olan ölkələr faktiki olaraq, Rusiya ilə birlikdə «yeni böyük səkkizlik» yaradıblar» - Volodin fikrinə yekun vurub.

AzPolitika.info




Tarix: 12-06-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti