Təcavüzkar Rusiya liderini cəmi 10 dövlət təbrik etdi- Başda Şimali Koreya olmaqla...


"Hətta Eritreya da təbrik etmədi..."-Rusiya nəşri...
Təcavüzkar ölkənin iyunun 12-də qeyd etdiyi Rusiya Günündə onun prezidenti Vladimir Putini yarısı keçmiş Sovet İttifaqı respublikaları olan 10 ölkənin başçısı təbrik edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı telegram-kanalında Rusiyanın “Xolod” jurnalı yayıb.
 
Nəşr  planetdəki  245 ölkə arasında  seçilmiş  bu ölkələrin adlarını açıqlayıb:
 
1. Simali Koreya;
2. Belarus;
3. Türkmənistan;
4. Ermənistan;
5. Azərbaycan;
6. Qırğızıstan;
7. Birləşmiş Ərəb Əmirlikləri;
8. Küveyt;
9. Səudiyyə Ərəbistanı;
10. Nikaraqua.
 
"Xolod" nəşri özü bunu belə şərh edib: "Hətta Eritreya da təbrik etmədi."
 
Zəruri xatırlatma:
Putin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Qərb ölkələrinin sanksiya siyahısındadır...
Eritreya  - BMT-də nümayəndələri Rusiyanın siyasətini dəstəkləyən azsaylı ölkələrdən biridir. Xüsusilə, mayın 12-də BMT-nin İnsan Hüquqları Şurasında Ukraynanın təşəbbüsü ilə irəli sürülmüş “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi” adlı qətnamənin əleyhinə yalnız Çin və Eritreya səs verib...
 
Sultan Laçın
Tarix: 13-06-2022, 16:53
Xəbəri paylaş





Xəbər lenti