"Növbəti xüsusi əməliyyat Baltikyanıda keçiriləcək, amma buna yaxşı hazırlaşmalıyıq ki, zəmanətli olsun..." "Bu, artıq şizofreniyanı xatırladır: SSRİ-nin tərkibindən ilk olaraq çıxan Rusiya Ukraynanın SSRİ- dən çıxmaq qərarını ləğv etməklə təhdid edir
Rusiya Ukrayna, Latviya və Estoniyanın müstəqilliyini tanımaq qərarından imtina edə bilər. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov "Sputnik Latviya" nəşrinin jurnalistinə bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" nəşri məlumat yayıb.
"Biz Litvadan başlamışıq, çünki o, Kalininqrad vilayəti ilə və ABŞ və NATO ilə qarşıdurma ilə bağlı vəziyyətlə əlaqədar Rusiya üçün təhlükəli olub. Hal-hazırda Litva daha vacibdir, amma bu o demək deyil ki, biz Litvada dayanacağıq", - Fyodorov deyib.
Dövlət Dumasının deputatı bəyan edib ki, məhz Litva Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması "Müttəfiq respublikanın SSRİ- nin tərkibindən çıxması ilə əlaqədar olan məsələlərin həlli qaydası" haqqında SSRİ Qanununun aydın şəkildə pozulmasıdır. Fyodorov qeyd edib ki, Litva ilə bağlı vəziyyətlə əlaqədar Rusiyada elə bir mexanizm işlənib hazırlamaq niyyətindəyik ki, gələcəkdə ondan keçmiş SSRİ- nin tərkibində olan, hazırda NATO- nun tərkibinə daxil olan ölkələr üçün də istifadə edək.
"Həm də söhbət təkcə Şimali Atlantika alyansının ərazilərindən getmir. Məsələn, Ukraynanın da SSRİ-nin tərkibindən çıxması qanunsuz olub", - Fyodorov vurğulayıb.
Əvvəllər xəbər verildiyi kimi, "Milli-azadlıq hərəkatı"nın təsisçisi Yevgeni Fyodorov Dövlət Şurasının Litvanın müstəqilliyi haqqında qərarının ləğvi ilə bağlı qanun layihəsini qeydiyyatdan keçirib.
Fyodorovun bəyanatları bir sıra suallar doğurur. Birinci sual hüquqi tərəflə bağlıdır: Rusiya Dövlət Dumasının nə dərəcədə başqa ölkənin, SSRİ-nin qanunlarını dəyərləndirmək səlahiyyəti var, hətta nəzərə alsaq ki, Rusiya keçmiş imperiyanın hüquqi varisidir.
İkinci məsələ də hüquqi məqamlarla bağlıdır: Rusiya hakimiyyəti hələ Sovet İttifaqı mövcud olarkən SSRİ-nin tərkibindən çıxmaq barədə elan edib. Əgər bunu Fyodorovun təsvir etdiyi vəziyyətə köçürsək, haqlı sual ortaya çıxır: Rusiya özü adı yixarıda çəkilən SSRİ Qanununu pozmayıb ki?
12 iyun 1990-cı ildə RSFSR xalq deputatlarının I Qurultayı RSFSR-in dövlət suverenliyi haqqında Bəyannamə qəbul edib, bu da faktiki olaraq SSRİ-nin tərkibindən çıxmaq haqqında elan demək olub.
Misal üçün, Ukrayna SSR Ali Soveti 24 avqust 1991-ci ildə Ukraynanın müstəqilliyi haqqında qərar qəbul edib.
Həmçinin Rusiyanın keçmiş SSRİ, hazırda NATO- ya daxil olan reslublikaları ilə münasibətlərdə mexanizmin istifadə etməyin mümkünlüyü NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsini nəzərə alsaq aydın olmur:
"Kollektiv müdafiə o deməkdir ki, NATO üzvü olan ölkələrin birinə hücuma NATO- nun bütün üzvlərinə hücum kimi baxılacaq".
Maraqlıdır ki, Fyodorovun bəyanatı qalmaqallı "General SVR" Telegram-kanalında dərc edilən postla, demək olar ki, eyni zamanda səsləndirilib.
Post müəllifi iddia edir ki, Rusiya dövləti videokonfrans rejimində hərbi və güc blokları ilə müşavirə keçirib.
"Müşavirənin əsas hissəsindən sonra Putin Təhlükəsizlik Şurasının katibi Patruşev, FTX-nın direktoru Bortnikov, XKX-nin direktoru Narışkin və daha iki nəfərlə ünsiyyətini davam edib. Müzakirə zamanı dar tərkibdə cəhbədəki vəziyyətdən danışılıb. Putin faktiki olaraq səhvini-ilk məqsədinin Ukraynanı zəbt etmək seçiminin yanlışlığını etiraf edib.
Putin belə fikri əminliklə söyləyib ki, əgər "xüsusi əməliyyat Baltikyanı ölkələrdə keçirilsəydi, nəticə "praktiki olaraq zəmanətli olacaqdı".
İştirakçılar prezidentin mülahizələrini dəstəkləyib, bundan sonra Putin deyib ki, məhz Baltikyanı ölkələr növbəti hədəf olmalıdır. Onun fikrinə görə, bu dəfə xüsusi əməliyyat yaxşı hazırlanmalı və "prinsipial olaraq başqa səviyyədə" həyata keçirilməlidir.
Tarix: 14-06-2022, 22:23